Bütün xəbərlər
Qvatemalanın keçmiş prezidenti vəfat edib
Tarix: 24-01-2023 11:47 | Bölmə: Manşet

2008-2012-ci illərdə Qvatemalaya rəhbərlik etmiş Alvaro Kolom bazar ertəsi axşam dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun 71 yaşı var idi.
Bu barədə ölkənin hazırkı prezidenti Alejandro Giammattei Twitter səhifəsində məlumat verib. O, “Əbədiyyət yolunda bizi qabaqlayan” Kolomun ailəsinə və yaxınlarına başsağlığı verib.
Eks-prezidentin ölüm səbəbi barədə məlumat verilmir. Lakin onun xərçəng xəstəsi olduğu məlum olub. Prezidentlik müddəti başa çatdıqdan sonra Kolom korrupsiyada ittiham olunub. Qvatemala mətbuatı onun ölümünə qədər ev dustağı olduğunu yazır.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər