Bütün xəbərlər
“Başakşəhər” Smolovu almaq fikrində deyil
Tarix: 23-01-2023 14:26 | Bölmə: Manşet

Türkiyənin "İstanbul Başakşehir" klubu "Dinamo"nun hücumçusu Fedor Smolovu almağı planlaşdırmır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, daha əvvəl Türkiyənin ən güclü klublarından birinin rusiyalı hücumçu ilə maraqlandığı haqda xəbərlər yayılmışdı.
"Dinamo"nun hücumçusu Fedor Smolov çətin ki, İstanbul Başakşehirə keçsin. Türkiyə klubu 32 yaşlı "Dinamo"ya olan marağı itirib.
Türkiyə klubunun baş direktoru Mustafa Eroğlu "Sport 24"-ə açıqlamasında Fedor Smolovun vaxtilə "Başakşəhər"in maraq dairəsində olduğunu təsdiqləyib. Lakin hazırda istanbullular rusiyalı hücumçu almağı planlaşdırmır və Smolovun "Başakşehir"ə keçmə ehtimalı sıfıra yaxındır.
Rusiyanın cari çempionatında Fedor Smolov "Dinamo"nun heyətində 15 oyun keçirib və 7 qol vurub. "Dinamo"nun məzunu Smolov 2022-ci ilin yanvarında "Lokomotiv"dən doğma klubuna qayıdıb. Fedor Hollandiyanın “Feyenoord”, “Anji”, “Ural” və “Krasnodar” klublarında da çıxış edib.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər