Bütün xəbərlər
Madrid klubu nigeriyalı hücumçu üçün 60 milyon avro verməyə hazırdır
Tarix: 22-01-2023 22:30 | Bölmə: Manşet

Madrid "Real"ının rəhbərliyi İtaliya "Napoli"sinin futbolçusu Viktor Osimhenin hücumunu gücləndirmək niyyətindədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Madrid klubu nigeriyalı hücumçu üçün 60 milyon avro verməyə hazırdır.
"El Nacional" xəbər verir ki, Osimhen "Real Madrid" tərəfindən Kərim Benzemanın əvəzedicisi kimi görünür. Amma mənbənin sözlərinə görə, Neapolda 60 milyon avro bir hücumçu üçün qeyri-kafi məbləğ hesab olunur. "Napoli" Osimhenin satışından ən azı 80 milyon avro əldə etmək niyyətindədir.
Xatırladaq ki, Osimhen 2020-ci ildən Fransanın "Lill"indən keçdiyi "Napoli"də çıxış edir. Bu mövsüm o, mövsümün 18 matçında meydana çıxıb, 14 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Transfermark" onlayn portalı nigeriyalının dəyərini 70 milyon avro qiymətləndirir.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər