20:16 / 27-08-2026
Turist dağlarda azıb
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
Bütün xəbərlər
"Bavariya" Dortmund "Borussiya"sından Sommeri heyətinə qatıb
Tarix: 20-01-2023 19:50 | Bölmə: Manşet


Münhen "Bavariya"sının mətbuat xidməti Menhenqladbax "Borussiya"sının qapıçısı Yan Sommeri aldığını açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı isveçrəli qolkiperlə müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. Nüfuzlu "Transfermarkt.de" portalının məlumatına görə, “taylar” futbolçunun satışından səkkiz milyon avro qazanıb.
"Sommer bizim üçün dəyərli əlavədir. O, zəngin beynəlxalq təcrübəyə malikdir və uzun illərdir ki, Bundesliqada oynayır" - "Bavariya"nın baş direktoru Oliver Kahn deyib. "O, uğurumuza töhfə vermək üçün bizə lazım olan hər şeyə malikdir".
Sommer 2014-cü ilin yayında "Borussiya"ya keçdiyi "Bazel"in məzunudur. “Qara-ağ-yaşıllar”ın tərkibində Yan bütün turnirlərdə 335 oyunda iştirak edib. Həmçinin qapıçı İsveçrə millisində 80 oyun keçirib.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər