22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Zelenski 198 nəfərə sanksiya tətbiq edən fərman imzalayıb
Tarix: 15-01-2023 23:03 | Bölmə: Manşet


Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının bir sıra rusiyalı jurnalistlərə, teleaparıcılara, yazıçılara, bloggerlərə, aktyorlara, rejissorlara və mədəniyyət xadimlərinə qarşı sanksiyalar haqqında qərarını icra edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ümumilikdə siyahıda 198 nəfər var. Sanksiyaların müddəti on ildir. Müvafiq fərman yanvarın 15-də Zelenskinin saytında dərc edilib.
Sanksiyaya məruz qalanlar arasında ilk ictimai pravoslav telekanalı “SPAS”ın baş direktoru Boris Korçevnikov, jurnalist Pavel Zarubin, hərbi jurnalist Semyon Pegov, yazıçı və bloger Dmitri Puçkov, teleaparıcılar Marina Kim və Ancelina Vovk, rejissor Andrey Konçalovski, prodüser Yana Rudkovskaya da var. Həmçinin aktyor Yeqor Beroev və başqaları.
Bəzi məlumatlara görə, hazırda Rusiyada yaşayan ukraynalı jurnalist Diana Pançenko və bloger Yuriy Podolyaka qarşı da sanksiyalar tətbiq edilib.
Sanksiya siyahısında olan şəxslər aktivlərinin bloklanması, ticarət əməliyyatlarının məhdudlaşdırılması, resursların tranzitinin, uçuşların və Ukrayna ərazisindən daşınmasının məhdudlaşdırılması və ya dayandırılması ilə hədələnir. Onlar həmçinin öz kapitallarını ölkədən çıxara, qiymətli kağızlarla əməliyyatlar apara, mədəni və digər mübadilələrdə iştirak edə bilməyəcəklər. Bundan əlavə, sanksiyalara məruz qalanların Ukraynanın dövlət mükafatlarından məhrum ediləcəyi gözlənilir.
Zelenski yanvarın 7-də Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyaları nəzərdə tutan əvvəlki fərmanı imzalayıb. Daha sonra digərləri ilə yanaşı, “Rossiya Seqodnya” xəbər agentliyinin rəhbəri Dmitri Kiselev, RT telekanalının baş redaktoru Marqarita Simonyan, teleaparıcı Janna Badoeva, rejissor Nikita Mixalkov və bir sıra digər məşhur ruslar məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər