22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Milan” “Leççe”yə məğlubiyyətdən uzaqlaşıb
Tarix: 14-01-2023 23:41 | Bölmə: Manşet


İtaliya çempionu “Milan” A Seriyasının yeni təmsilçisi “Leççe” ilə oyunda iki xal itirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Milanlılar 0:2 hesabı ilə uduzsalar da, toparlanmağı bacardılar.
İtaliya A Seriyasının 18-ci turunun "Leççe" - "Milan" matçı başa çatıb. Görüşün nəticəsi 2:2 hesablı heç-heçədir.
Üçüncü dəqiqədə Teo Ernandes topu öz qapısına çatdırdıqdan sonra Leççe hesabda önə keçdi. Birinci hissənin ortalarında A Seriyasının yeni oyunçuları müdafiəçi Federiko Boşşirottonun qolundan sonra çempionu artıq 2-0 qabaqlayırdı. Amma “Milan” ikinci hissədə məğlubiyyətdən yayına bildi. 58-ci dəqiqədə Rafael Leau 1 qol vurub, 70-ci dəqiqədə Davide Kalabria hesabı bərabərləşdirib - 2:2.
Bu heç-heçədən sonra "Milan"ın 38 xalı var. Çempionlar "Napoli"dən 9 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. "Verona" ilə qarşılaşacaq "Yuventus"dan 1 xal, "İnter"də 4 xal azdır. Altı turdur məğlub olmayan “Leççe” 20 xalla 12-ci pillədə qərarlaşıb.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər