22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Messi dünya çempionatından sonra PSJ-də ilk oyununda qol vurdu
Tarix: 12-01-2023 13:42 | Bölmə: Manşet


Futbol üzrə Fransa çempionatının 18-ci turunun matçında Parisin “Park des Princes” ev arenasının meydanında “Anje”ni qəbul edən “Paris Sen-Jermen” rəqib qapısına iki cavabsız qol vurub – 2:0.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüşün qaliblərinin qollarını müvafiq olaraq 5-ci və 72-ci dəqiqələrdə Uqo Ekitike və Lionel Messi vurub. İki məhsuldar ötürməni Nordi Mukiele edib.
PSJ Liqa 1-də son beş oyununda dördüncü qələbəsini qazanıb və 47 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, Anjes isə 8 xalla 20-ci yerdədir.
Xatırladaq ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Argentina millisi finalda Fransa millisinə qalib gəlib (3:3, 4:2 - penaltilər seriyas
ı).



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər