22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ukrayna Ombudsmanı rusiyalı məhbusların məktublarını onların yaxınlarına təhvil verib
Tarix: 11-01-2023 20:17 | Bölmə: Manşet

Rusiyada insan haqları üzrə müvəkkili Tatyana Moskalkova bildirib ki, o, Ukrayna Ombudsmanı Dmitri Lubinets tərəfindən Türkiyədə ona təhvil verilən rusiyalı məhbusların yaxınları üçün məktubları Rusiyaya gətirəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişinin efirində danışıb.
Yanvarın 11-12-də Ankarada ombudsmanların “21-ci əsrdə insan hüquqlarının gələcəyi” adlı beynəlxalq konfransı keçirilir. Bu gün səhər saatlarında Moskalkova, Lubinets və türkiyəli həmkarı Şeref Malkoç arasında üçtərəfli görüş barədə məlumat verilib.
Rusiya Ombudsmanı bildirib ki, hərbi əsirlərin mübadiləsi və itkin düşmüş şəxslərin axtarışı üçün Ukrayna Ombudsmanı ilə əməkdaşlıq davam etdiriləcək.
"Bizim siyahılarımıza görə, Rusiyadan 40-dan çox, Ukraynadan isə 40 nəfər geri qayıda bildi", - Moskalkova Teleqram kanalında yazıb.
Bundan əlavə, onun sözlərinə görə, itkin düşənlərin axtarışında əməkdaşlıq davam edəcək. Rusiya və Ukrayna vətəndaşlarına humanitar yardımın göstərilməsi məsələləri də müzakirə olunub.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər