22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Avropa Parlamentinin Pensiya Fondu kaset bombalarının istehsalına sərmayə qoyub
Tarix: 10-01-2023 21:15 | Bölmə: Manşet


Avropa Parlamentinin Pensiya Fondu qadağan olunmuş kaset sursatları istehsal edən şirkətlərin səhmlərinə sərmayə qoyub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "EUObserver" nəşri məlumat yayıb.
Jurnalistlər saxtakarlığın Avropa Parlamentinin könüllü pensiya proqramı ilə bağlı olduğunu müəyyən ediblər. Belə ki, deputatlar təqaüd almaq üçün iki il ərzində xüsusi fonda ödəniş etməli olublar. Tələb olunan məbləğ ofis ləvazimatları üçün aylıq ayrılan qondarma ofis müavinətindən tutuldu.
Bu arada, pensiya planının maliyyə menecerləri pulu müxtəlif şirkətlərin, o cümlədən tütün və silahların səhmlərini almaq üçün istifadə ediblər. Onların arasında amerikan kaset bomba istehsalçıları da var. Bu sursatlar Aİ dövlətlərinin imzaladığı beynəlxalq konvensiya ilə qadağan edilib. Bu şirkətlərə "Raytheon", "Honeywell International" və "Textron Inc" daxildir. Məlum oldu ki, 2008-ci ildə AP könüllü pensiya proqramı "Raytheon"-un 15 minə yaxın səhminə sahib idi. Onların bazar dəyəri təxminən 550 min dollar qiymətləndirilir.
Avropa Parlamenti jurnalistlərə investisiyalar barədə məlumat verməkdən imtina edib. Qanunverici orqanın sözçüsü, AP pensiya fondunun Avropa Parlamentindən başqa üçüncü tərəf olduğu və Lüksemburq qanunları ilə idarə edildiyi üçün şərh verə bilməyəcəyini söyləyib.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər