22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Sofya Sapeqanın əfv olunması ilə bağlı müraciəti rədd edilib
Tarix: 10-01-2023 20:43 | Bölmə: Manşet

Belarusda mühakimə olunan rusiyalı Sofya Sapeqanın əfv olunması ilə bağlı müraciəti rədd edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə qızın ögey atası Sergey Dudiç və vəkili Anton Qaşinski məlumat verib.
Dudiç Belarus prezidenti yanında əfv komissiyasına istinadən RİA Novosti-yə bildirib: “Komissiya ərizəyə baxıb və ondan imtina edib”.
Qaşinski jurnalistlərə deyib ki, əfv məsələsi ilə bağlı qərar qəbul edilib və bu, mənfidir.
"Biz onun cəzasını çəkmək üçün Rusiyaya köçürülməsini xahiş edəcəyik", - vəkil əlavə edib.
Qrodno məhkəməsi Sapeqanı cəzaçəkmə müəssisəsində 6 il müddətinə azadlıqdan məhrum edib. Rusiyalı qadın sosial nifrətin qızışdırılmasında, habelə təhlükəsizlik işçilərinin, hakimlərin və məmurların şəxsi həyatı ilə bağlı məlumatların toplanması və yayılmasında təqsirli bilinib. O, hazırda Qomel qadın koloniyasında cəza çəkir.
Sapeqa 2021-ci ilin mayında Afinadan uçan "Ryan Air" təyyarəsi Minskə təcili eniş edərkən saxlanılıb. Laynerin göyərtəsində rus qadınla birlikdə Belarusda ekstremist kimi tanınan teleqram kanalının yaradıcısı Roman Protaseviç olub. Sonuncu bir sıra maddələrdə, o cümlədən iğtişaşların təşkilində ittiham olunub. Adam istintaqla əməkdaşlığa gedib, o, ev dustaqlığına buraxılıb.



Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər