22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Medvedev dövlətin müdafiə sifarişinin pozulmasına görə cinayət məsuliyyətini xatırladıb
Tarix: 10-01-2023 19:30 | Bölmə: Manşet


Dmitri Medvedev tələb olunan silah və texnikanın istehsalına nəzarət edəcək işçi qrupunun yaradılması haqqında fərman imzalayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburqdakı 61-ci zirehli təmir zavodunda olarkən danışıb.
Xatırladaq ki, bundan əvvəl Medvedev Hərbi-Sənaye Komissiyası sədrinin birinci müavini təyin edilmişdi.
Bundan əlavə, o xatırladıb ki, dövlət müdafiə sifarişinin icra müddətlərinin pozulması yolverilməzdir.
“Təkrar pozuntular baş verərsə, sizə xatırladım ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir sıra maddələrinə uyğun olaraq xüsusi cinayət cəzası tətbiq edilib”, - deyə hərbi-sənaye kompleksinin sədr müavini əlavə edib.
Medvedev həmçinin bildirib ki, Rusiya Federasiyasının əleyhdarları Ukraynaya çatdırılması üçün 100 ədəd "T-72" tankının modernləşdirilməsini maliyyələşdirib. Buna görə də sədr müavini daha sürətli, daha israrlı və daha səmərəli fəaliyyət göstərməyə çağırıb.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər