22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ançelotti ilin klub meneceri seçilib
Tarix: 09-01-2023 23:29 | Bölmə: Manşet


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası italiyalı Karlo Ançelottini 2022-ci ilin ən yaxşı klub məşqçisi elan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İFFHS-in mətbuat xidməti məlumat yayıb.
Səsvermənin nəticələrinə əsasən, "Real Madrid"in 63 yaşlı çalışdırıcısı 245 xal toplayıb. “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 45 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü ötən mövsüm Mərakeş Vidadına başçılıq edən Valid Reqraqi (40 xal) qapayıb.
Xatırladaq ki, Ançelotti 2022-ci ildə "Real Madrid"i İspaniya çempionatında və Çempionlar Liqasında qələbələrə aparıb. Bundan başqa, “qaymaqlılar” onun rəhbərliyi altında ölkə Superkubokunu və UEFA Super Kubokunu qazanıb.



Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər