22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Futbolçu Ronaldo Ər-Riyadda göydələndə 17 otaq icarəyə götürüb
Tarix: 08-01-2023 23:42 | Bölmə: Manşet

Futbolçu Kriştiano Ronaldo Ər-Riyadda 99 metrlik binada yerləşən oteldə bir ay müddətinə 17 otaq bron edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,futbolçu “Əl-Nəsr” klubuna keçidi sayəsində dəbdəbəli mənzil əldə edib.
Ronaldonun seçdiyi otel Səudiyyə Ərəbistanının paytaxtında Kingdom Tower göydələnində yerləşir. Futbolçunun ailə üzvləri, dostları və mühafizəsi bir ay bu otaqlarda yaşayacaq. Yerləşdirmə ona 280 min avrodan (təxminən 21 milyon rubl) baha başa gələcək.
Bu oteldə suitin ölçüsü İngiltərədəki bir futbolçunun ölçüsündən çox böyükdür. "Daily Mail" xəbər verir ki, pəncərələr qonağa şəhərin panoramik mənzərəsini təqdim edir.
Xatırladaq ki, Ronaldonun kluba keçidi ilə bağlı müqavilə ötən ilin sonunda imzalanıb. Məzmununa görə, o, iki il “Əl-Nəsr”də çıxış edəcək. Bir ildən sonra idmançı 200 milyon dollar qazanacaq.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər