22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Vladimir Putin Serb Respublikası mükafatına layiq görülüb
Tarix: 08-01-2023 21:28 | Bölmə: Manşet

Serb Respublikası Prezidenti (Bosniya və Herseqovina qurumu) Milorad Dodik Rusiya dövlətinin başçısı Vladimir Putini respublikanın ali mükafatı - “Srpska Respublikasına xüsusi vətənpərvərlik qayğısına və məhəbbətinə görə” ordeni ilə təltif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, belə ki, Rusiya Federasiyası Prezidentinin Rusiya-Serbiya əməkdaşlığının möhkəmlənməsinə verdiyi töhfə qeyd edilib. Orden ona iki liderin ilk rəsmi görüşündə təqdim olunacaq.
Mükafatlandırma mərasimi yanvarın 9-da qeyd olunan Serb Respublikası Gününün qeyd olunması çərçivəsində baş tutacaq.
Rusiyanın Bosniya və Herseqovinadakı səfiri İqor Kalabuhov Putinin adından göstərilən şərəfə görə minnətdarlığını bildirib.
"Bu mükafat qardaş xalqlarımızın dostluğunun möhkəmlənməsinə yönəlmiş münasibətlərin strateji xarakter daşımasının təsdiqidir", -TASS rusiyalı diplomatın sözlərindən sitat gətirib.
Ötən ilin sonunda Serb Respublikası Prezidenti dövlətin NATO-ya üzv olmayacağını, lakin eyni zamanda Rusiya, Çin və ABŞ ilə əməkdaşlığı inkişaf etdirmək, həmçinin Aİ-yə yolunu davam etdirmək niyyətində olduğunu bildirmişdi. Dodik vurğulayıb ki, Qərb də bu mövqe ilə hesablaşmalıdır.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər