22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Paris Saint-Germain" klubu Fransa kubokunun 1/16 finalına yüksəlib
Tarix: 07-01-2023 12:38 | Bölmə: Manşet


“Paris Sen-Jermen” futbol klubu Fransa kubokunun 1/16 finalına yüksəlib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Fransa futbolunun üçüncü divizionunun komandası olan “Şateau” üzərində qələbə nəticəsində baş verib.
“Şateau”nun doğma meydanında baş tutan görüş 3:1 hesabı ilə paytaxt təmsilçisinin xeyrinə başa çatıb. Rəqiblər ilk hissəni heç-heçə başa vurublar - Uqo Ekitike qonaqlara (13 dəqiqə), Tio Ntolla (37) hesabı açıb.
Lakin fasilədən sonra daha iki qol vuran parislilər bununla da ölkə kubokunun növbəti mərhələsinə vəsiqə qazanıblar. Qolları Karlos Soler (78) və Xuan Bernat (90+1) vurub.
Qeyd edək ki, ulduz hücumçular üçlüyü matçda iştirak etməyib: Kilian Mbappe - Lionel Messi - Neymar. Kristof Qaltyenin rəhbərlik etdiyi məşqçilər korpusu dünya çempionatından sonra futbolçulara sağalmaq üçün əlavə vaxt vermək qərarına gəlib.



Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər