22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kolumbiyadakı stadion Pelenin adını daşıyacaq
Tarix: 06-01-2023 22:30 | Bölmə: Manşet

Kolumbiyanın Villavisensio şəhərindəki stadionun adı üçqat dünya çempionu Pelenin şərəfinə dəyişdiriləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məşhur braziliyalı futbolçu dekabrın 29-da kolon xərçəngindən vəfat edib.
Kolumbiya FİFA prezidenti Canni İnfantinonun stadionun adının Pelenin adının dəyişdirilməsi ilə bağlı çağırışına cavab verən ilk ölkə olacaq. Üçqat dünya çempionunun adı Vilyavitensio şəhərindəki arenada daşıyacaq.
Dekabrın 29-da dünyasını dəyişən görkəmli braziliyalı futbolçu Pele ilə vida mərasimində çıxış edən FİFA prezidenti Canni İnfantino təşkilata daxil olan bütün ölkələrə Pelenin adının heç olmasa bir stadiona verilməsini tövsiyə edib. İnfantinonun tövsiyəsi ilk dəfə Kolumbiyada eşidilib.
“Sport-Ekspress”in məlumatına görə, Kolumbiyanın Vilyavitensio şəhərindəki stadion üçqat dünya çempionunun adını alacaq. 15 min tamaşaçı üçün nəzərdə tutulan arena 1958-ci ildə - Pelenin dünya çempionatında ilk qələbəsi ili tikilib.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər