22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kreml Putinin Donbasa mümkün səfəri barədə heç nə bilmir
Tarix: 05-01-2023 23:05 | Bölmə: Manşet


Kreml Rusiya prezidenti Vladimir Putinin Milad bayramı üçün Donetskə mümkün səfəri barədə heç nə bilmir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
TASS xəbər verir ki, Peskov deyib: “Bizim bu cür şayiələr barədə heç nə bilmirik.
Yanvarın 5-də prezident yanvarın 6-sı günortadan 7-i gecə yarısına kimi xüsusi təyinatlı hərbi əməliyyat zonasında atəşkəs barədə göstəriş verib. O, belə bir göstərişi müdafiə naziri Sergey Şoyquya verib. Qərar, bir çox pravoslavın döyüş bölgəsində yaşaması ilə əlaqədardır: onlara kilsələrdə Milad mərasimlərində iştirak etmək imkanı verilməlidir. Bundan sonra teleqram kanallarında və mediada Putinin Donetsk səfəri ilə bağlı faktiki olaraq atəşkəsin planlaşdırıldığına dair təkliflər peyda olub.
Bundan əvvəl Moskva və Bütün Rusiyanın patriarxı Kirill Milad bayramı üçün atəşkəsə çağırıb.
Noyabrın 26-da Peskov bəyan edib ki, Putin ənənəvi olaraq Milad günü kilsəyə gedəcək. Lakin o, prezidentin Novo-Oqaryovodakı məbədi, yoxsa Rusiyanın regionlarından birində ziyarət edəcəyini dəqiqləşdirməyib.



Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər