22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Vuçiç Kosovonun müstəqilliyinin tanınmasını geri götürən ölkələrin adlarını açıqlayıb
Tarix: 04-01-2023 23:44 | Bölmə: Manşet


Serbiya prezidenti Aleksandar Vuçiç Kosovonun müstəqilliyini tanımaqdan imtina edən 9 ölkənin adını açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunlar Somali, Burkina Faso, Qabon, Esvatini, Liviya, Qvineya, Antiqua və Barbuda, Sent-Lüsiya və Maldiv adalarıdır. Yaxın vaxtlarda onuncu ölkədən də müraciət daxil olacaq.
TASS agentliyi yazır ki, dövlət başçısı əlavə edib ki, hazırda 106 ölkə Kosovonun müstəqilliyini tanımır, yalnız 84 ölkə onu tanıyır.
Bundan əvvəl Serbiyanın xarici işlər naziri İvitsa Daçiç tanınmasını geri götürən ölkələrin adını çəkməkdən imtina edib. Diplomat bunu onunla izah edib ki, Belqrad bu dövlətlərin Kosovo hakimiyyəti və onların müttəfiqlərinin təzyiqinə məruz qalmasını istəmir.
Bundan əlavə, Serbiya Kosovonun müstəqilliyinin tanınmasının ləğvi prosesini dayandırmağa söz verib və Belqrad Priştinadan fərqli olaraq onun imzaladığı sənədlərə əməl edir, Daçiç deyib.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər