22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ərdoğan Putin və Zelenski ilə telefon danışığı aparmağa qərar verib
Tarix: 03-01-2023 22:53 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 4-də Rusiya və Ukraynadan olan həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,onun sözlərinə görə, Ərdoğan Rusiya Federasiyası və Ukrayna prezidentləri ilə Ukrayna böhranının nizamlanması məsələlərini müzakirə etmək niyyətindədir.
Sabah prezidentimiz Putin və Zelenski ilə telefonla danışmağı planlaşdırır”.
Kremlin sözçüsü Dmitri Peskov Putinin Ərdoğanla da danışmağı planlaşdırdığını təsdiqləyib.
Bundan əvvəl “The Wall Street Journal” Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qərbin sanksiyalarına baxmayaraq Rusiya ilə iqtisadi əməkdaşlığı inkişaf etdirməyə davam etdiyini yazıb. Nəşr qeyd edib ki, Ankara NATO tərəfdaşlarının Moskva ilə bağlı qərarlarına məhəl qoymur. Amerikalı jurnalistlərin fikrincə, Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə münasibətlərində siyasi gələcəyinə mərc edib.




Baxış sayı: 264


Bölməyə aid digər xəbərlər