22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ronaldo Avropa yarışları üçün İngiltərəyə qayıda bilər
Tarix: 03-01-2023 17:50 | Bölmə: Manşet


Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasına qayıda bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"Nyukasl Yunayted" portuqaliyalını bu yaxınlarda oyunçu ilə müqavilə bağladığını elan edən "Əl Nəsr"dən icarəyə götürməyə hazırlaşır.
İspaniyanın "Marca" qəzetinin məlumatına görə, futbolçu ilə Səudiyyə klubu arasındakı razılaşmada 37 yaşlı hücumçunun "Nyukasl"a icarəyə verilə biləcəyi bənd var. Bu, ağsağanlar mövsümün sonunda Çempionlar Liqasına çıxsalar baş verə bilər.
“Nyukasl” 2021-ci ilin oktyabrında klubun hüquqlarını əldə edən Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fonduna məxsusdur.
Xatırladaq ki, Ronaldo 2022-ci ilin sonunda “Əl-Nəsr”in futbolçusu olub. Portuqaliyalının Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi imzalanıb. Onun çıxış etdiyi əvvəlki məkan İngiltərənin "Mançester Yunayted" klubu olub, müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.




Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər