22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ankara Moskvadakı görüşdən sonra qoşunların Suriyadan çıxarılmasına razılıq verib
Tarix: 31-12-2022 11:36 | Bölmə: Manşet


Türkiyə qoşunlarını Suriyanın şimalında nəzarət etdiyi ərazilərdən çıxarmağa razıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu razılaşma Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında Moskvada keçirilən danışıqların yekunu üzrə əldə olunub.
Bu məlumat cümə günü, dekabrın 30-da Suriyanın “Əl-Vatan” qəzetinə istinadən yayılıb. Nəşrin məlumatına görə, görüşdə “Türkiyənin şimalda (Suriya) işğal etdikləri rayonlardan tam çıxarılmasına razılıq” alınıb.
Mənbə Ankaranın “Suverenlik və Suriya ərazilərinin bütövlüyünə hörmət etmək” niyyətini təsdiqləyib. Eyni zamanda, görüş iştirakçıları Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli kürd birləşmələrinin “ABŞ və İsrailin agentləri olması və Suriya və Türkiyə üçün ən böyük təhlükə törətməsi” ilə bağlı razılığa gəliblər.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, üçtərəfli görüşdə Suriya böhranının həlli yolları, Ərəb Respublikası ərazisində ekstremist qruplarla mübarizə səyləri, eləcə də qaçqınlar problemi müzakirə olunub.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Dəməşq arasında münasibətlərin gələcəkdə Ankara və Qahirə kimi yaxşılaşa biləcəyini istisna etməyib.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər