Bütün xəbərlər
İtaliya prezidenti Sercio Matarella Azərbaycana gəlib
Tarix: 17-07-2018 22:58 | Bölmə: Manşet

                          Sercio Matarella prezident İlham Əliyevlə görüşəcək

İtaliya prezidenti Sercio Matarella Azərbaycana gəlib.
"Report"un məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəxri qonağı Azərbaycanın yüksək vəzifəli şəxslər, İtaliyanın Azərbaycandakı Səfirliyinin əməkdaşları qarşılayıb.
İkigünlük səfəri zamanı S. Matarella Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycan - İtaliya biznes forumunda iştirak edəcək. Bundan başqa S. Matarella ADA Universitetində də tələbələr qarşısında çıxış edəcək.



Baxış sayı: 460


Bölməyə aid digər xəbərlər