21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
19:17 / 25-08-2026
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
17:58 / 24-08-2026
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
17:55 / 24-08-2026
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Merzi Ukraynanın Kansleri adlandırdı
Mediaya diqqət və qayğı Azərbaycanda bu sahədə aparılan dövlət siyasətinin mühüm göstəricisidir
Tarix: 16-07-2018 21:59 | Bölmə: Manşet
YAP.ORG.AZ
Baxış sayı: 406
Bölməyə aid digər xəbərlər
Tarix: 16-07-2018 21:59 | Bölmə: Manşet
- Əflatun müəllim, Azərbaycan milli mətbuatı iyulun 22-də növbəti ildönümünü qeyd edir. İstərdik ki, mətbuatımızın keçdiyi yola ümumi nəzər salaq. 143 yaşın üstünlükləri nələrdən ibarət olub?
- Azərbaycanda milli mətbuat milli dövlətin mövcud olmadığı bir zamanda yarandı. Düşünürəm ki, bu faktın özü yetərincə böyük üstünlükdür. Özü də nəinki 143 ilin, daha böyük rəqəmli əlamətdar tarixlərin, bir növ, anonsunu verən üstünlükdür. Həsən bəy Zərdabi 143 il öncə eyni zamanda 43 il sonra yaşanacaq böyük prosesin anonsunu vermişdi. Milli ruhlu «Əkinçi» əslində milli dövlətçiliyə aparan yolun qaranquşu rolunu oynamışdı. Təsadüfi deyil ki, ondan sonra yaranan mətbuat orqanları Həsən bəyin məişət müstəvisində gətirdiyi yenilikləri ictimai-siyasi motivlərlə çulğalaşdıran yaradıdıcılıq yolu tutdular. Özlərini «Əkinçi»nin, Zərdabinin ardıcılları kimi təqdim edərək siyasi platforma müəyyənləşdirməyə başladılar. 1918-ci il müstəqilliyinin ideya xətti özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində işıq üzü görmüş nəşrlərin səhifələrində tapdı. Burada mətbuatın üstünlüyü ondan ibarət oldu ki, o, qısa zaman kəsiyində, yəni «Əkinçi»dən sonrakı 43 il ərzində iki missiya yerinə yetirdi. Birincisi, ümumən cəmiyyətdəki geriliyi aradan qaldırdı, cəhalət meyllərinə qarşı cəbhə açdı. İkincisi isə milli şüur və milli özünüdərki təbliğ etdi. Hər iki missiyanı vacib sayıram. Amma nəzərə alaq ki, birincidən ikinciyə keçmək, milli özünüdərk məsələlərini gündəmə gətirərək uğur əldə heç də asan deyildi.
Uğur nədə idi - bunun üzərində xüsusi dayanmaq istərdim. Birinci Dünya Müharibəsinin başa çatması ilə çar Rusiyası da öz ömrünü başa vurmaqda idi. Dünyada, eləcə də Rusiyada baş verən proseslər tamam yeni mənzərə formalaşdırırdı. Düşünmək olardı ki, üfüqdə Azərbaycanın müstəqillik günəşinin doğması labüddür. Amma zənnimcə, məsələ sadə deyildi və bu, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonrakı çətinliklər və məhrumiyyətlərdə də nəzərə çarpdı. Ancaq hələ buna qədər dövləti qurmaq ideyasının çətinliyini vurğulamaq istərdim. Hesab edirəm ki, mətbuat öz missiyası ilə əslində bu ideyanın xəmirini yoğurmuş oldu. Bu, o dövrün görkəmli ziyalılarının, ictimai xadimlərinin öz xalqı qarşısındakı tarixdən heç zaman silinməyəcək xidmətlərinin, təsvir etmək üçün söz tapa bilməyəcəyimiz misilsiz fədakarlıqlarının nəticəsi idi. Mətbuatı cəmiyyətin avanqardına çevirənlər məhz onlar oldular. Onların mətbuat səhifələrinə daşıdıqları hər söz, fikir dövlət idarəçiliyinin fəlsəfi traktatına çevrildi.
Azərbaycan Xalq Cümhuriyyəti illərində milli mətbuat. Hesab edirəm ki, bu, ayrıca elmi, həm də ictimai-siyasi məzmun daşıyan geniş mövzudur. Sahənin tədqiqatçıları var. Onların yaradıcılıq nümunələri zaman-zaman işıq üzü görməkdədir. Mən sadəcə onu deyim ki, Cümhuriyyət dövründə mətbuat bir növ, ideyaların reallaşdırılması meydanına çevrildi. Mətbuat insanları yeni günə, qurub-yaratmağa, vətənpərvərliyə, mübarizliyə, prinsipiallığa, tərəqqiyə səslədi.
Demək olmaz ki, sovet dövründə Azərbaycan mətbuatı özünün gerilik dövrünü yaşayıb. Doğrudur, ciddi qadağalar var idi. Ümumən mətbuat müasir dövrdəki funsiya və vəzifələrindən tam kənar fəaliyyətdəydi. O, sovet quruculuğu yoluna köklənmişdi. Bununla belə mahiyyətindəki, dəst-xəttindəki, ifadə tərzindəki özünəməxsusluq saxlanılırdı. Ümumən sovet hakimiyyəti dövrünün ayr-ayrı mərhələlərinə nəzər salsaq və müqayisələr aparaq yekun nəticəyə gəlsək, görərik ki, Azərbaycanda 70 illik zaman kəsiyində tənqidi mətbuat yaşayıb. Nəinki yaşayıb, habelə yeni baxışların formalaşması prosesinə də ciddi təkan verib. Təsadüfi edyil ki, mətbuat 1918-ci il müstəqilliyinə aparan yolda hansı missiyanı oynamışdısa, 1991-ci il müstəqilliyinə gedən yolda da eyni missiyası təkrarlamış oldu. Zənnimcə, onun daha bir üstünlüyü, daha doğrusu cəmiyyətə qazandırdığı üstünlük həm də bu cəhətlə xarakterizə oluna bilər.
Bəli, ötən 143 il ümumilikdə bizə icmadan cəmiyyət, əhalidən xalq, birlikdən dövlət olmağı qazandırdı. Tam qətiyyətlə söyləyə bilərik ki, bu qazancda mətbuat son dərəcə böyük pay sahibi, hərəkətverici qüvvədir. Ötən 143 ildə mətbuat özü də üstünlüklərə yiyələndi.
- Sizcə, müasir Azərbaycan mətbuatı özünün ənənələrinə sadiq şəkildə fəaliyyət göstərə bilirmi? Bu yöndə nə kimi məsələlər mövcuddur?
- Müasir dövr Azərbaycan mətbuatı inkişafa, yeniliyə can atan monolit komandadır. Ötən 143 ildə o, bir çox keyfiyyət dəyişikliklərinə imza atıb. Ancaq dəyişməyən bir məqamı vurğulamaq istərdim. Bu, 143 il öncənin «Əkinçi» ənənələrinə sadiqlik xəttidir. Hesab edirəm ki, mətbuatımızın, indiki dillə desək, mediamızın yaradıcılıq baxımından nə qədər problem və çatışmazlıqları olsa da, o, ümumən Həsən bəy Zərdabi ənənələrinə sadiqdir.
Əlbəttə, qeyd etdiyim kimi, problemlər də qalmaqdadır və bu baxımdan bir sıra məqamlar üzərində dayanır, təhlillər aparırıq. Bir cəhətə xüsusi diqqət yetirmək istərdim. Bilirsiniz ki, Həsən bəy Zərdabi «Əkinçi»ni min bir zəhmət hesabına ərsəyə gətirmişdi. Eləcə də «Əkinçi»nin ardıcılları olan «Ziya», «Ziyayi Qafqaziyyə», «Kəşkül», «Şərqi-rus», «Kaspi», «Mola Nəsrəddin» və digər nəşrlər rəvan yol getməmişdilər. Baxırıq ki, hər birinin yaranması və ictimai rəydə qəbul edilməsi əsasən bir və bir neçə ziyalının fədakar əməyinin nəticəsidir. Bu cəfakeş ziyalılar uca Tanrının Azərbaycana bəxş etdiyi sərvətlərdir. Onlar xalqın yükünü çiyinlərinə götürməkdən yorulmayıblar, son nəfəslərinədək çalışıblar, əqidələrindən, prinsiplərindən, ideyalarından dönməyiblər. Ona görə yada düşən məhz onlardır. Hesab edirəm ki, üzərindən bir 143 il keçdikdən sonra bu gün baş verənlər də belə desək, ələnəcək. Heç şübhəsiz ki, o zaman peşə dəyərlərinə sadiq kimlərsə fərqləndiriləcək, nümunə göstəriləcək. Bəlkə sayları çox az olacaq, amma bu adamlar olacaq və Azərbaycan mediasına münasibətdə bitkin baxış məhz onların əməyi müstəvisində qiymətləndiriləcək. Mən Zərdabi ənənələrinə sadiqlik deyilən zaman məhz peşəsinə sözün əsl mənasında dəyər verən şəxsiyyətlərin fəaliyyətini əsas götürürəm. Hazırda yaşanan müxtəlif problem və çatışmazlıqları, jurnalist adından sui-istifadələri nəzərə alsaq, sadiqliklə bağlı fikirlərim heç də nikbinlik naminə deyilən sözlər deyil. Mən sadəcə keçdiyimiz yolun reallıqlarına söykənirəm. Hər zaman düşünmüşəm ki, Azərbaycan xalqı ayrı-ayrı şəxsiyyətlərinin hesabına bu mərhələyə çatıb. Məsələn, 1993-cü ildə ulu öndər Heydər Əliyev olmasaydı, kim bilir, indi sizinlə söhbət edə bilərdikmi? Bu mənada hesab edirəm ki, mətbuatımızın ənənələrinə sadiqliyinin qiymətləndirilməsi mahiyyətinə kompleks yanaşılacaq hadisədir.
- Bəs jurnalistikamızın peşəkarlığı haqqında nə deyə bilərsiniz? Bu baxımdan, hazırki vəziyyəti necə dəyərləndirirsiniz?
- Ümumən, Azərbaycan mediası peşəkar mediadır. Ancaq suların durulmasına ehtiyac var. Hesab etsək ki, ölkədə 5 mindən artıq KİV reyestrə alınıb, eyni zamanda KİV kimi fəaliyyət göstərən internet media resurslarının sayı da durmadan artır, yaranmış durumun peşəkarlıq baxımından yüksək qiymətləndirilməsi sadəcə mümkünsüzdür. Əslində, gerçək jurnalistika nə qədər ciddi resursa malik olsa da, çoxluğun yaratdığı ab-hava həqiqi media təmsilçilərinə baxışa da təsir göstərir. Baxış isə haqlı olaraq mənfidir. Biz çalışmalıyıq ki, bu tendensiya kökündən dəyişsin. Peşəkarlığın artırılmasının bir yolu bununla bağlı vərdişləri dərinləşdirməkdən, maarifləndirici tədbirləri artırmaqdan, peşəkarların sahədə qalıb işləmələri üçün rentabelli mühiti formalaşdırmaqdan keçirsə, digər məqam məqam sırf mənəvi amillərə söykənir. Yəni elə edilməlidir ki, informasiya dalınca hansısa idarə, müəssisə və təşkilata üz tutan peşəkara olan münasibət həmin yerə başqa məqsədlər üçün üz tutan «jurnalistə» olan münasibətdən fərqli olsun. Təcrübə göstərdi ki, bunu reallaşdırmaq vaxt alır, bəzənsə mümkün olmur. Mümkün deyilsə, demək ki, ikincilər sıradan çıxmalıdır. Bunun üçün «Kütləvi informasiya vasitələri haqqında» Qanuna düzəliş edilməli, KİV-lərin təkrar qeydiyyatı aparılmalı, internet media resurslarının KİV olaraq dövlət qeydiyyatından keçmələri təmin olunmalıdır. Ümumən sahəyə nəzarət gücləndirilməlidir. Mən əvvəldə suların durulmalı olduğunu söyləyərkən də bu tədbirlərin gerçəkləşdirilməsinin vacibliyini nəzərdə tutmuşdum. Əlbəttə, bu, çətin prosesdir, amma gedilməsi vacib olan yoldur.
Yenə də sözümün əvvəlinə qayıdaraq deyirəm ki, Azərbaycan mediası ümumən peşəkar mediadır. Amma buna müqayisəli də yanaşmaq lazımdır. Çünki peşəkarlığın dünya üzrə qəbul edilən standartları fərqlidir. Bu standartlara çatmaq üçün işlər gücləndirilməlidir. Ayrıca media peşəkarlığı institutu formalaşdırılmalıdır. Redaksiyaların texniki bazası daha da gücləndirilməlidir. KİV-lər üçün reklam mühiti olmalıdır. Bizi tam peşəkarlığa çatmaq üçün məhz bu tədbirlər gözləyir. Sözüm ondadır ki, peşəkarlıq özünü yalnız ayrı-ayrı fərdlərin ortaya qoyduqları məhsullarda göstərməməli, sahənin özünə peşəkar yanaşılmalıdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin, şəxsən cənab Prezident İlham Əliyevin də məqsədi budur. O, media nümayəndələri ilə görüşlərində dəfələrlə mövcud istiqamətdəki düşüncə və baxışlarını bölüşüb. Dövlət başçısının baxışları fundamental əhəmiyyət kəsb edir. Buna görə də vəziyyətin indikindən çox yaxşı olacağına dərin inamım var.
- Bu gün Azərbaycan dövlətinin milli mətbuatımıza qayğısı göz önündədir. Dövlətimizin dəstəyi mətbuatın inkişafında özünü necə göstərir?
- Mediaya diqqət və qayğı Azərbaycanda bu sahədə aparılan dövlət siyasətinin mühüm göstəricisidir. Diqqət ona əsaslanır ki, mediada dövriyyəyə buraxılan hər fikir cəmiyyət üçün önəmlidir və dövlət də fəaliyyətini məhz bu fikirlərə uyğun şəkildə qurur. Qayğı isə həmin fikirlərin daha geniş formada və konseptual səslənməsi üçün bir növ, plasdarm formalaşdırır. Ona görə də bu iki cəhət bir-birini tamamlayır. Nəzərə alınmalıdır ki, azad media olmadan cəmiyyətin inkişafından, dövlətin də beynəlxalq arenada özünü təsdiqləməsindən söhbət gedə bilməz. Azad media söz və ifadə azadlığı deməkdir. Bu dəyərlər isə dünyanın diqqətindədir. Söz və ifadə azadlığı beynəlxalq aləmdə dövlətlərə, xalqlara münasibətin formalaşmasında başlıca meyardır. Azərbaycan mediası da fəaliyyətini məhz bu meyarlara verilən dəyər üzərində qurmalıdır və qurur da.
Bilirsiniz, hər bir halda məsələyə müqayisəli yanaşılmalıdır. Yəni vəziyyət on il əvvəl necə idi, indi necədir? Düşünürəm ki, kifayət qədər müsbət irəliləyişlər var. Dövlət dəstəyi faktiki olaraq jurnalistikanı imtiyazlı sahəyə çevirib. Dünyanın heç bir yerində jurnalistlərin pulsuz mənzillə təminatı praktikası yoxdur. Media təmsilçiləri üçün iki yaşayıb binası istifadəyə verilib, üçüncüsünün inşası davam etdirilməkdədir. Bəzən müəyyən fikirlər səslənir ki, bu, jurnalistləri asılı salmaq üçün edilir. Təbii, bu baxışlar yalnış və qərəzdidir. Çünki ötən müddətin təcrübəsi göstərir ki, evlə təmin olunan jurnalistlərdən heç biri özünün yaradıcılıq dairəsini daraltmayıb, əksinə onlar peşələrinə daha sıx surətdə bağlanıblar, inkişafda pay sahibinə çevriliblər. Dövlətin dəstəyi məhz bu baxımdan əhəmiyyətli olub.
Digər tərəfdən, redaksiyaların maddi-texniki bazası möhkəmlənib. Onlar özlərini müasir avadanlıqlarla təmin etmək imkanı əldə ediblər. Bu isə yaradıcıq üçün geniş meydan deməkdir. Əlbəttə, problemlər də var və onların aradan qaldırılması «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası» üzrə görülən işlərin intensivləşdirilməsindən asılı olacaq. Parlamentin üzvü kimi, ümumən mediaya dövlət tərəfindən ayrılan vəsaitin artırılması ilə bağlı təkliflər irəli sürmüşəm. Məsələ ümumən media ictimaiyyətinin gündəmindədir. Hesab edirəm ki, vəsaitin artırılması bu sahədə daha intensiv işlərin görülməsinə şərait yaradacaq.
- Əflatun müəllim, bəs hazırkı dövrdə mətbuatımız qarşısında nə kimi vəzifələr dayanır?
- Ən böyük vəzifə dünyanın informasiya məkanına daha sıx surətdə inteqrasiyanın həyata keçirmək, bunu dönməz prosesə çevirməkdir. Bizim dünyanın dilində danışacaq jurnalistlərimiz olmalıdır. Yalnız dil biliklərindən söhbət getmir. Məsələ düşüncə yetkinliyində, dünyanın, xüsusən də Avropanın başa düşəcəyi tərzdə davranmaqdan gedir. Əlbəttə, buna nail olmaq çətindir, ancaq son dərəcə vacibdir. Qloballaşma dövründə informasiyanın mahiyyətinə dəyəri məhz belə əməli fəaliyyətlə verməliyik. Proses heç də ayrı-ayrı jurnalistlərin fərdi keyfiyyətləri üzərində qurulmamalıdır. İstər mənəvi, istər peşəkarlıq baxımından fərdi keyfiyyətləri yüksək olan jurnalist nəsli yetişməlidir. Yenə də deyirəm, ümumən vəzifə budur və digər vəzifələrin reallaşması da buna xidmət etməlidir.
Başqa vəzifələrə gəldikdə, əlbəttə, jurnalistikamızda ixtisaslaşma dərinləşməlidir. Bunun üçün təhsil müstəvisində konkret zəmin var. Məlumdur ki, ali məktəblərin jurnalistika fakultələrinin magistratura pillərinə qəbulda humanitarla yanaşı digər ixtisas sahiblərinin istəkləri nəzərə alınır. Yəni faktiki olaraq müxtəlif sahələri təmsil edən bakalavrlar özlərini peşəkar jurnalist kimi təsdiqləyə bilərlər.
Əslində, qarşıda duran vəzifələrin böyük bir qismindən söhbət açdıq. Mən bir qədər ümumiləşdirmə aparmaq istərdim. 143 illik mətbuat tariximizin, Cümhuriyyətin iki ilini və müasir müstəqillik dövrünü götürsək, üst-üstə 29 ili dövlətçilik tariximizlə bağlıdır. Bu müddət bir sahədə tam əsaslı işlərin görülməsi üçün o qədər də böyük deyil. Nəzərə alaq ki, 29 ilin özünün çətinlikləri və məhrumiyyətləri olub. Buna baxmayaraq, böyük vəzifələr reallaşdırılıb və daha böyük vəzifələr də həyata keçirilməkdədir.
YAP.ORG.AZ
Baxış sayı: 406
Bölməyə aid digər xəbərlər
20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.













