Bütün xəbərlər
Fransa komandası 20 il sonra yenidən futbol üzrə Dünya Çempionatının qalibi oldu
Tarix: 16-07-2018 00:28 | Bölmə: Manşet

Futbol üzrə Fransanın yığma komandası Rusiyada keçirilən Dünya Çempionatının qalibi olub.
Trend-in məlumatına görə, Moskvanın "Lujniki" stadionunda keçirilən matçda fransızlar Xorvatiya millisinə qalib gəliblər. Oyun 4:2 hesabı ilə yekunlaşıb.
Beləliklə, Fransa komandası futbol üzrə ikiqat dünya çempionu olub. Daha öncə ölkə bu mükafatı 1998-ci ildə qazanıb.



Baxış sayı: 424


Bölməyə aid digər xəbərlər