Bütün xəbərlər
Mahmud Məmməd-Quliyev: Azərbaycan öz ixrac potensialının genişlənməsində Fransa təcrübəsindən istifadə etməkdə maraqlıdır
Tarix: 14-07-2018 20:40 | Bölmə: Manşet

              

Azərbaycan öz ixrac potensialının genişlənməsində Fransa təcrübəsindən istifadə etməkdə maraqlıdır.
Trend-in məlumatına görə, bu barədə Azərbayca xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Fransanın milli bayramı - Bastiliyanın alınması gününə həsr olunmuş tədbirdə deyib.
Nazir müavini qeyd edib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub: "İki ölkə arasında əməkdaşlıq diplomatik münasibətlərin yarandığı gündən dinamik inkişaf edib. Düşünürəm ki, əməkdaşlığımızın daha da genişlənməsi üçün böyük potensial var".
M.Məmməd-Quliyev bildirib ki, Azərbaycan qeyri-neft sektorunun inkişafında da Fransanın təcrübəsindən istifadə etməkdə maraqlıdır.
Fransanın Azərbaycandakı səfiri Orelia Buşez öz növbəsində qeyd edib ki, 2018 il Fransa ilə Azərbaycan münasibətlərdə xüsusi bir ildir: "Bu il Fransanın xarici işlər naziri Le Drian Azərbaycan Xalq Cumhurriyətinin yaranmasının 100 illiyi ilə bağlı Azərbaycana ilk səfərini edib. Bundan sonra, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edib".



Baxış sayı: 374


Bölməyə aid digər xəbərlər