20:18 / 23-11-2026
Keçmiş məmurun 1,5 milyard rubl dəyərində əmlakı müsadirə edilib
20:12 / 23-11-2026
Miqrantlar üçün patentlərin ləğvini təklif etdi
20:08 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
20:02 / 23-11-2026
Özəl uşaq bağçasında uşaqlar xəstələndi, cinayət işi açıldı
19:59 / 23-11-2026
Yunanıstanın Baş naziri Mitsotakis təqaüdçülərə dövlət müavinətləri ilə birlikdə nəvələrinə GTA oyunu almağı məsləhət gördü
19:53 / 23-11-2026
Tramp Jensen Huang-ın Nvidia şirkətinin baş direktoru vəzifəsinə qayıtmasını dəstəklədi
19:49 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanı sərhəd keçid məntəqələrinin bağlanmasının nəticələri barədə xəbərdar etdi
19:43 / 23-11-2026
Musiqi prodüserinin cəsədi Moskva binasının pəncərələrinin altında tapılıb
19:40 / 23-11-2026
Milyonçular üçün mütərəqqi vergi şkalasının dəyişdirilməsini təklif etdi
19:18 / 23-11-2026
Xalq artisti və qızı cərimələri ödəmədiyinə görə cərimələniblər
19:15 / 23-11-2026
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
19:12 / 23-11-2026
Millətlər üzrə Federal Agentlikdə axtarışlar aparılıb
19:04 / 23-11-2026
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
18:59 / 23-11-2026
Ermənistan yeni konstitusiya layihəsindən Ararat dağının təsvirini çıxarıb
18:55 / 23-11-2026
Çin Ukrayna böhranının həllinin yeganə yolunu adlandırdı
18:48 / 23-11-2026
İlham Əliyev Trampa təşəkkür etdi
18:39 / 23-11-2026
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
18:31 / 23-11-2026
Millət vəkili vətəndaşlarla görüş keçirib
16:01 / 23-11-2026
Rusiya avropalıların sülhə hazırlığını anlamaq üçün onlarla dialoqa başlayır
15:58 / 23-11-2026
At təkbaşına qayıtdı: Soçi dağlarında itkin düşmüş atlının axtarışı aparılır
15:52 / 23-11-2026
"Politico": Trampın komandasının təklifləri AB üçün "Troya atı" ola bilər
15:48 / 23-11-2026
Avropa hidroenerji üçün su ehtiyatları ilə bağlı problemlərlə bağlı həyəcan təbili çalır
15:45 / 23-11-2026
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
Ramil Usubov: Azərbaycan Polisi qarşıya qoyulmuş istənilən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gələcək
Tarix: 14-07-2018 20:08 | Bölmə: Manşet
Bakı. Trend:
İyulun 14-də Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təklifi ilə iyulun 10-da radikal dini yönümlü bir qrup ekstremistin Gəncə şəhərində ictimai asayişin kobud şəkildə pozulması cəhdinin qarşısı alınan zaman xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş polis zabitləri İlqar Balakişiyevin və Səməd Abbasovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazir əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin bu ilin altı ayında daha da inkişaf etdirildiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını, ölkəmizdə keçirilmiş prezident seçkiləri dövründə, eləcə də «2018 Formula 1 Azərbaycan Qran Prisi» zamanı ictimai asayişin və təhlükəsizliyin təmini vəzifələrinin və qarşıya qoyulmuş tapşırıqların layiqincə yerinə yetirildiyini bildirib, 100 illik yubileyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrikdə ölkə rəhbərimizin cinayətkarlıqla mübarizədə, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində polisin rolunu yüksək qiymətləndirdiyini nəmnunluqla xatırladıb.
Eyni zamanda, iyulun 3-də Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması və ictimai təhlükəsizliyin təmini istiqamətində daxili işlər orqanlarının fəaliyyətinin möhtərəm dövlət başçımız tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub.
Sonra geniş məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 12.844 cinayətin qeydə alındığını, bu cinayətlərin 93,8 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olduğunu, onların 89,4 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10,6 faizininin ağır və xüsusilə ağır növlər təşkil etdiyini bildirib.
Qeyd olunub ki, profilaktik işin gücləndirilməsinin, kriminogen durumun fasiləsiz izlənilməsinin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət təmayüllər ötən 6 ayda daha da yaxşılaşıb. Belə ki, cinayətlərin sayı 3,4 faiz, o cümlədən ağır və xüsusilə ağır növlər 28,6, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,9, mülkiyyət əleyhinə olan cinayətlər 14, onlardan oğurluqlar 7,1, quldurluqlar 12,7, yol-nəqliyyat hadisələri 5, qəzalarda həlak olanların sayı isə 1,3, xəsarət alanların sayı isə 8,3 faiz azalıb.
Kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə hesabat dövründə cinayətlərin açılması yaxşılaşaraq 86,4 faiz təşkil edib. O cümlədən, 2017-ci ilin 6 ayı ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin açılması 2,1, şəxsiyyət əleyhinə olanların açılması 0,6, adam öldürməyə cəhdlərin açılması 1,8, mənzillərdən edilən oğurluqların açılması 2,6, avtonəqliyyatın qaçırılması cinayətlərinin açılması 12,8 faiz artıb. Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188 cinayət açılıb.
Hüquqazidd əməllərin profilaktikasında və cinayətkarlıqla mübarizədə informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən danışan nazirin birinci müavini bildirib ki, “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 967 cinayət “isti izlər”lə açılıb, 5.153 hüquqazidd əməlin qarşısı alınıb, 1993 cinayət işi başlanılıb. Həmçinin “Təhlükəsiz şəhər” xidmətinin imkanları ilə 248 cinayət açılıb, 9413 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 246 hadisə aşkarlanıb, axtarışda olan 52 avtomobil saxlanılıb.
Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb, bütövlükdə, axtarış işinin nəticələri 2 faiz yaxşılaşaraq 57,4 faiz təşkil edib.
Məruzəçi bildirib ki, 6 ayda mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 441, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı mübarizə tədbirləri səmərəli olmaqla bu sahədə müəyyən edilmiş 1708, o cümlədən satışı ilə bağlı olan 525 fakt üzrə cinayətkarlardan 734,4 kiloqram narkotik vasitə götürülüb ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çoxdur. Xüsusi plan əsasında cari ilin may ayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlərin ardıcıl davam etdirildiyi, 105 insan alveri cinayətinin müəyyən edildiyi, 18 nəfərdən ibarət 8 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 17 nəfərin məhkəmə məsuliyyətinə cəlb olunduğu, habelə insan alverinin qurbanı olmuş 66 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edildiyi diqqətə çatdırılıb.
Polis general-leytenantı V.Eyvazov daha sonra deyib ki, istintaq zamanı dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi 14,6 faiz yaxşılaşaraq 88,3 faiz təşkil edib.
Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində davam etdirilən qabaqlayıcı tədbirlər sayəsində yol-nəqliyyat hadisələrinin dinamikasında əvvəlki illərin müsbət təmayülləri qorunub saxlanılıb, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması 4,1 faiz yaxşılaşaraq 1.619.718 inzibati xəta təşkil edib.
Polisin mühafizə qurumları tərəfindən 16.201 obyektin, o cümlədən 6.591 mənzil qorunduğu, mərkəzi mühafizə məntəqələrinə qoşulmuş obyektlərin sayının ötən 6 ayda bir qədər də artdığı, həmin obyektlərdə 128 oğurluq hadisəsinin qarşısı alınmaqla 52 şəxsin, habelə xidməti marşrutlarda 88 digər cinayət törətmiş 98 nəfərin yaxalandığı qeyd olunub.
Məruzədə Daxili Qoşunlarda xidməti-döyüş hazırlığının yüksəldilməsi, səfərbərliyin təşkili hərbi intizamın möhkəmləndirilməsi, maddi-texniki təchizatın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin planlı şəkildə davam etdirildiyi də diqqətə çatdırılıb.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin və zəruri təşkilati-əməli tədbirlərin daxili işlər nazirinin şəxsi nəzarəti altında cari ilin birinci yarısında da icra edildiyi, Nazirliyin rəhbərliyi tərəfindən 805, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın ayrı-ayrı şəhər və rayonlarında 156 vətəndaşın qəbulunun həyata keçirildiyi, qaldırılan məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdığı, DİN-ə daxil olan şikayətlərin sayının 18,4 faiz azaldığı vurğulanıb.
Məruzə ətrafındakı çıxışlarda ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.
İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlıqları ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.
Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən, tapşırıq və tövsiyələrini verən nazir ilk növbədə dini ekstremizmə, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə və mülkiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizənin daha da güсləndirilməsini, сinayətkarlığa qarşı mübarizədə informasiya resurslarının imkanlarından maksimum istifadə olunmasını, əməkdaşlar arasında aparılan mənəvi-psixoloji işin məqsədyönlü şəkildə davam etdirilməsini, onlarda düzgün polis düşünсəsinin formalaşdırılmasını tələb edib.
Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə möhtərəm Prezidentimizin təbrikində cinayətkarlığa qarşı mübarizədə, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının müdafiəsində daxili işlər orqanlarının rolunun yüksək qiymətləndirilməsinə diqqəti çəkən cənab Ramil Usubov ölkə başçısının müvafiq sərəncamları ilə 49 əməkdaşın dövlət mükafatına layiq görüldüyünü, rəhbər vəzifəli 2 şəxsə ali rütbə verildiyini məmnunluqla xatırladıb, bu ali diqqətin, etimad və inamın şəxsi heyətin üzərinə böyük məsuliyyət qoyduğunu, onu layiqincə doğrultmaq üçün qarşıda çox mühüm vəzifələr durduğunu deyib. Bu məqsədlə cinayətkarlığa qarşı mübarizədə əldə edilmiş müsbət nəticələr inkişaf etdirilməli, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar tam aradan qaldırılmalı, şəxsi heyət peşəkarlığını daim yüksəltməli, ölkəmizdə xalq-iqtidar birliyinə söykənən sabitlik günbəgün möhkəmləndirilməli, asayiş və daxili təhlükəsizlik daha etibarlı qorunmalıdır.
Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini bundan sonra da məsuliyyətlə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, cari ili də yüksək göstəricilərlə başa vuracaqdır. Sonra Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə bir qrup polis əməkdaşının və iyulun 10-da Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş 2 polis zabitinin (ölümündən sonra) təltif edildikləri dövlət mükafatlarının təntənəli şəkildə təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.
Əvvəlcə nazir xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş iki zabitin - İlqar Balakişiyevin və Səməd Abbasovun təltif edildikləri “Azərbaycan Bayrağı” ordenlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərhumların övladlarına təqdim edib, onlara atalarının qəhrəmanlıq yolunu gələcəkdə davam etdirməyi, Vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb.
Daha sonra Azərbaycan Polisinin 100 illik yubileyi ərəfəsində möhtərəm dövlət başçımızın təltif etdiyi bir qrup əməkdaşa yüksək mükafatlar təqdim edilib.
Nazir R.Usubov şəxsi heyətin gərgin və fədakar əməyini hər zaman yüksək qiymətləndirdiyinə, xüsusən iyulun 10-da Gəncə şəhərində qəhrəmanlıqla həlak olmuş 2 əməkdaşımızı təltif etdiyinə görə ölkə Prezidentinə bir daha dərin təşəkkürünü bildirib, bu ali diqqət və qayğının daxili işlər orqanlarının bütün əməkdaşlarının ruh yüksəkliyinə səbəb olduğunu, onların üzərinə əlavə məsuliyyət qoyduğunu vurğulayıb, bütövlükdə Azərbaycan Polisinin qarşıya qoyulmuş istənilən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə, Vətənə, xalqa və Prezidentə bundan sonra da sədaqətlə xidmət edəcəyinə əminliyini bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Baxış sayı: 638
Bölməyə aid digər xəbərlər

Dünən, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
Dünən, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"
27-10-2026, 09:07
Kallas Ukraynada sərt qış olacağı barədə xəbərdarlıq etdi
26-10-2026, 20:54
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
26-10-2026, 09:16
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır