21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
19:17 / 25-08-2026
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
17:58 / 24-08-2026
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
17:55 / 24-08-2026
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Merzi Ukraynanın Kansleri adlandırdı
Vüqar Rəhimzadə: Xalqımız öz Liderinə inanır və həyata keçirilən uğurlu siyasəti dəstəkləyir
Tarix: 10-07-2018 21:33 | Bölmə: Manşet
“Artıq 2018-ci ilin 6 ayı geridə qalıb. Ötən dövrə nəzər yetirdikdə, Azərbaycanın son illərdə əldə etdiyi dinamik inkişafın ötən 6 ayda da davam etdirildiyinin şahidi oluruq. Bunu görülən işlər, həyata keçirilən uğurlu islahatlar, eyni zamanda, statistik rəqəmlər də təsdiq edir".
Bu fikirləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə deyib ki, iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlətimizin başçısı əldə olunan uğurlu nəticələrlə bağlı konkret faktları diqqətə çatdırıb: "Qeyd olunub ki, ötən altı ayda ümumi daxili məhsul 1,3 faiz, sənaye istehsalı 1 faiz, qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 7,6 faiz, xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Bununla yanaşı, bitkiçilik 14 faizdən çox artıb, 67 min yeni iş yeri yaradılıb. Onlardan 58 mini daimidir. İqtisadiyyata isə 6 milyard dollar sərmayə qoyulub, əhalinin pul gəlirləri 9,3 faiz artıb. Rəqəmlərdən də göründüyü kimi, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb”.
O qeyd edib ki, bu ilin ən mühüm hadisələrindən biri aprel ayında keçirilən prezident seçkiləridir: “Azərbaycanda mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Sözsüz ki, bu amil seçki sistemində də özünü büruzə verir. Təsadüfi deyil ki, artıq uzun illərdir ölkəmizdə ədalətli, demokratik və şəffaf şəkildə keçirilən prezident, parlament, bələdiyyə seçkiləri, eyni zamanda, referendumlar beynəlxalq standartlara cavab verir və dünya birliyi tərəfindən təqdir edilir. Hətta ölkəmizin bu sahədəki təcrübəsi nümunə kimi göstərilir. Bu mənada 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərini demokratik inkişaf yolunda əldə olunan növbəti uğur kimi qiymətləndirmək lazımdır. Bütün beynəlxalq standartlara, norma və prinsiplərə, seçki qanunvericiliyinə uyğun keçirilən prezident seçkiləri İlham Əliyevin möhtəşəm qələbəsi ilə yadda qaldı. Xalqımız yenidən öz Liderinə etibar edərək, etimad göstərərək onu növbəti dəfə ölkə Prezidenti seçdi. Bununla insanlar Azərbaycanı işıqlı gələcəyə aparan siyasətə səs vermiş oldular. Seçkilərin nəticələri bir daha göstərdi ki, xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Xalqımız öz Liderinə inanır və son 15 ildə həyata keçirilən uğurlu siyasəti dəstəkləyir. “Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq” deyən möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin iclasındakı nitqində antimilli ünsürlərə, ölkəmizin uğurlarını gözü götürməyən dairələrə də lazım olan mesajları verib. Bildirib ki, Azərbaycanın inkişafına, gələcəyinə qarşı olan bütün çirkin niyyətlər və əməllər iflasa məhkumdur. Dövlətimizin başçısının “Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir” fikirləri isə bu cür qərəzli dairələrə veriləcək ən tutarlı cavabdır”.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, Azərbaycan Prezidenti iclasda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi, ordumuzun döyüş hazırlığı ilə bağlı mühüm bəyanatlar verib: “Azərbaycan uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda problemin sülh yolu ilə həlli variantına üstünlük verir. Baxmayaraq ki, beynəlxalq hüququn əsas prinsiplərinə görə ölkələrin, xalqların öz müqəddəratlarını təyin etmək, ərazi bütövlüyünü təmin etmək hüquqları var. Ancaq göründüyü kimi, Ermənistan konstruktiv mövqe nümayiş etdirməkdən, dolayısilə işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etməkdən boyun qaçırır. Buna görə də zaman-zaman Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantı önə çəkilir. Bunun üçün Azərbaycanın güclü potensialı, ordusu var. Elə 2016-cı ilin Aprel döyüşləri, bu ilin Günnüt zəfəri göstərdi ki, güclü Ordumuz hər an torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. “…Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı. Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi” deyən Prezidentimiz iclasdakı nitqində bir daha Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xatırladıb, həmin qətnamələrin qüvvədə olduğunu və icrasının vacibliyini bəyan edib”.
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu ilin ən önəmli hadisələrindən biri də “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasiminin keçirilməsi, eyni zamanda, TANAP-ın işə salınması oldu: “Qeyd etdiyimiz bu mühüm hadisələr regional müstəvidən çıxaraq qlobal xarakter daşımağa başlayıb. Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin məhsulu olan bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə icra edilən, XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi” və onun əsas seqmenti olan TANAP bütün dünyanın diqqət mərkəzindədir. Bu layihələrin tam şəkildə işə düşməsi nəticəsində nəinki Azərbaycan və Türkiyə, qonşu ölkələr, eyni zamanda, Avropa dövlətləri qazanc əldə edəcəklər. Bir sözlə, Azərbaycanın müəllifi olduğu layihələr hər zaman olduğu kimi, yenə də regiona və dünyaya, inkişaf, sülh və sabitlik vəd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı qeyd edib ki, həm “Cənub Qaz Dəhlizi”nin, həm də TANAP layihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir”.
V.Rəhimzadə onu da bildirib ki, dövlətimizin başçısı iclasdakı çıxışı zamanı sosial siyasət sahəsində qarşıda duran vəziflələr, həmçinin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha ciddi şəkildə aparılmalı olduğunu vurğulayıb: “Bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Möhtərəm Prezidentimiz də bütün çıxışlarında bunu bəyan edir. Ona görə də bu gün ölkəmizdə mühüm sosial islahatlar həyata keçirilir. Eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Dövlətimizin başçısı bildirib ki, aprel ayında formalaşmış yeni hökumətin qarşısında bu vəzifə çox kəskin qoyulub. Bu xoşagəlməz hallara tamamilə son qoyulmalıdır”.
Baxış sayı: 419
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.