Bütün xəbərlər
Prezident Konstitusiya Məhkəməsinin 20 illiyi münasibətilə bir qrup şəxsi təltif edib - SİYAHI
Tarix: 10-07-2018 21:10 | Bölmə: Manşet

                                  

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə, məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Tərəqqi” medalı ilə
Qaracayev Ceyhun Yasinəli oğlu
Şəfiyev Kamran Rauf oğlu
Babayeva Səbinə Sabir qızı
Səlimov Rüstəm Fikrət oğlu
Tağızadə Zərifə Fərhad qızı
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Eyvazov Anar İman oğlu
Ələsgərova Gülzar Tofiq qızı
Qurbanova Həcər Əli qızı
Məmmədov Murad Akif oğlu
Tağıyeva Nərgiz Nazim qızı.
Prezidentin digər sərəncamı ilə Konstitusiya Məhkəməsinin aşağıdakı hakimlərinə “Əməkdar hüquqşünas” fəxri adı verilib:
Rövşən Rəhim oğlu İsmayılova
İsa Əli oğlu Nəcəfova.



Baxış sayı: 400


Bölməyə aid digər xəbərlər