Bütün xəbərlər
SUMQAYIT ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇSI ZAKİR FƏRƏCOV XALQ ARTİSTİNİ QƏBUL EDİB
Tarix: 05-07-2018 18:47 | Bölmə: Manşet

                             Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xalq artistini qəbul edib.

Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə bir qrup mədəniyyət və incəsənət nümayədələrinə fəxri adlar verildi. SDDT-nin baş rejissoru Firudin Məhərəmov da xalq artisti adı aldı. Bu münasibətlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xalq artistini qəbul edib. Ulu öndər Heydər Əliyevin mədəniyyətə diqqətindən söz açan şəhər rəhbəri bu gün də Prezident İlham Əliyev və I vitse prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahəyə xüsusi həssaslıqla yanaşıldığını vurğulayıb. Sonra Zakir Fərəcov Sumqayıt teatrının yaradıcılıq uğurlarını diqqətlə izlədiyini bildirib və Firudin Məhərrəmovu fəxri ad alması münasibətilə təbrik edib.
Firudin Məhərrəmov teatrın inzibati binasının 60 ildə ilk dəfə əsaslı təmir olunmasını və yenidənqurulmasını yaradıcılıq uğurlarının stimulu adlandırıb, bu şəraitə görə kollektiv adından bir daha başçıya minnətdarlıq bildirib. Sonda baş rejissor şəhər rəhbərini bu günlərdə reallaşacaq mövsümün bağlanışına dəvət edib.
                                                Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xalq artistini qəbul edib.

                                      Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xalq artistini qəbul edib.





Baxış sayı: 1 647


Bölməyə aid digər xəbərlər