Bütün xəbərlər
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında təşkilat sədrləri ilə görüş keçirilib
Tarix: 29-06-2018 05:08 | Bölmə: Manşet
         İyunun 28-də  Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirib.
          Yeni Azərbaycan Partiyası təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilatıdır-sözləri ilə çıxışına başlayan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ölkədə keçirilən bütün seçki proseslərində Yeni Azərbaycan Partiyasının qələbəsini onun yenilikçi partiya olması ilə əlaqələndirib, partiyanın siyasi kursunun əsas aspektlərindən danışıb. 
          Daha sonra Yeni Azərbaycan Partiyası  Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qarşıda duran vəzifələrdən danışaraq, ərazi ilk partiya təşkilatlarında işin günün tələbləri səviyyəsində qurulması,  nümunəvi və zəif ərazi ilk partiya təşkilatları, ərazi ilk partiya təşkilatlarında  maarifləndirici  təbliğattədbirlərinin gücləndirilməsini toplantı iştirakçılarının  diqqətinə çatdırıb.
          Geniş diskussiya şəraitində keçən tədbirdə ərazi ilk partiya təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.






Baxış sayı: 777


Bölməyə aid digər xəbərlər