Bütün xəbərlər
Sumqayıtda “15 iyun Milli Qurtuluş Günü” nə həsr olunmuş rəsm-sərgi müsabiqəsi keçirildi
Tarix: 23-06-2018 13:29 | Bölmə: Manşet
Sumqayıt Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “15 iyun Milli Qurtuluş Günü” nə həsr olunmuş rəsm-sərgi müsabiqəsi keçirilmişdir.
 Tədbirdə çıxış edən Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışaraq, sərginin keçirilməsində məqsədin istedadlı və yaradıcı gəncləri aşkara çıxarmaq, qabiliyyətlərini nümayiş etdirə bilmələri üçün şərait yaratmaq və asudə vaxtlarını səmərəli təşkil etmək olduğunu qeyd etmişdir. Daha sonra çıxış edən Gənclər Evinin direktoru Pəri Vəliyeva və “Nigart” dərnəyinin rəhbəri Nigar Qurbanova müsabiqəyə təqdim olunmuş əsərlər haqqında məlumat verərək belə rəsm sərgilərinin keçirilməsinin əhəmiyyətini qeyd etdilər.
Sonda sərgidə əl işləri nümyiş olunan 20 müəllifin hər birinə Baş İdarənin sertifikatları təqdim edilmişdir.
Sabaha-inamla.az





Baxış sayı: 573


Bölməyə aid digər xəbərlər