Bütün xəbərlər
Azərbaycan Prezidenti Xaçmaz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib
Tarix: 04-05-2018 11:22 | Bölmə: Manşet


Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verdi.
Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.



Baxış sayı: 389


Bölməyə aid digər xəbərlər