22:19 / 07-01-2026
Dron təhlükəsi elan edilib
Bütün xəbərlər
İsrail nümayəndə heyəti: Azərbaycan seçkilər prosesinin təşkilində böyük inkişaf nümayiş etdirdi
Tarix: 11-04-2018 21:00 | Bölmə: Manşet

                  

Azərbaycan seçkilər prosesinin təşkilində böyük inkişaf nümayiş etdirdi. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda prezident seçkilərini müşahidə edən İsrail nümayəndə heyətinin rəhbəri, “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.
L.Spivak həmçinin bütün seçki məntəqələrində seçici fəallığının müşahidə edildiyini xüsusi vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.



Baxış sayı: 425


Bölməyə aid digər xəbərlər