22:19 / 07-01-2026
Dron təhlükəsi elan edilib
Bütün xəbərlər
Sabunçu rayonunda İlham Əliyevin namizədliyinin müdafiəsi kompaniyası çərçivəsində möhtəşəm mitinq - konsert keçirilb
Tarix: 29-03-2018 10:32 | Bölmə: Manşet
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsinin təşkilatçılığı ilə Prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi kompaniyası çərçivəsində İsmət Qayıbov adına stadionda möhtəşəm mitinq - konsert keçirilb. 
Tədbiri YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva açaraq bildirib ki, Sabunçu ictimaiyyəti hər zaman Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevi dəstəkləyib. Rayon ictimaiyyəti dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasını böyük məmnunluqla qarşılayır. Sabirabad seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etimad göstərəcəyini, bununla da seçicilər inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar.
Seçicilər qarşısında çıxış edən Sabunçu rayon millət vəkili Dilarə Cəbrayılova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, rayon Ağsaqqallar Şurasının sədri Nadir Əsədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Onlar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanacağına inandıqlarını bildiriblər. Mitinqdə ümumi 1500-dən artıq seçici iştirak etmişdir. Sonra tədbir müğənnilərdən Leyla Ramazanlı, İradə Süleymanova, Lalə Vəliyeva və Maştağa Mədəniyyət evinin rəqs ansambl qrupunun iştirakı ilə davam etdirilmişdir.








Baxış sayı: 762


Bölməyə aid digər xəbərlər