22:19 / 07-01-2026
Dron təhlükəsi elan edilib
Bütün xəbərlər
Cənab İlham Əliyev bütün Azərbaycan xalqının seçimidir
Tarix: 29-03-2018 10:13 | Bölmə: Manşet


Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Sumqayıtda uğurla davam etdirilir.
Sumqayıt şəhərində seçicilərlə keçirilən növbəti görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Sumqayıt şəhər şöbəsinin və partiyanın şəhər təşkilatının sədri Ramiz Hüseynov cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qlobal miqyaslı layihələrdən və ölkədə aparılan abadlıq-quruculuq işlərindən danışıb. R.Hüseynov deyib ki, cənab  İlham Əliyev bütün Azərbaycan xalqının seçimidir.
Çıxış edən YAP Mərkəzi Seçki Qərargahının üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə cənab İlham Əliyevin dövlət başçısı kimi 15 illik fəaliyyəti dövründə ölkədə bütün sahələrin paralel inkişaf etdirildiyini diqqətə çatdırıb. Akademik bildirib ki, dövlət başçısının diqqəti və qayğısı nəticəsində bu gün istər iqtisadi, istər sosial, istərsə də siyasi sferalarda mühüm inkişafa nail olunub: «Xalqımız milli maraqlara söykənən siyasi kursu dəstəkləyir. Bu səbəbdən Prezident İlham Əliyev bütün seçicilərimizin alternativsiz namizədi və seçimidir”.»
Görüşdə YAP Mərkəzi Seçki Qərargahının üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin xidmətlərindən bəhs edib: «Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Bu gün Azərbaycan xalqı firavan, xoşbəxt həyat sürür, dövlətimiz günü-gündən inkişaf edir.» Milli Məclisin deputatı seçiciləri seçkilərdə fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Milli Məclisin deputatı Mirzəcan Xəlilov da sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Liderin inkişaf strategiyasının, cənab İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinə sadiqliyin dayandığını bildirib.
Tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Sumqayıt şəhər şöbəsinin  üzvləri - Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, eləcə də Tərlan Hacızadə, Eldar İsmayılov, Vəzirxan Ənsərov və başqaları bütün seçiciləri inkişaf, uğurlu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Orxan Vahidoğlu, «İki sahil»




Baxış sayı: 462


Bölməyə aid digər xəbərlər