22:19 / 07-01-2026
Dron təhlükəsi elan edilib
Bütün xəbərlər
Xorvatiyanın sabiq Prezidenti: Bakı mühüm məsələlərin müzakirə olunduğu bir məkana çevrilib
Tarix: 17-03-2018 12:56 | Bölmə: Manşet

                 

Qlobal Bakı Forumu dünya liderlərini, aparıcı siyasətçiləri və ekspertləri bir araya gətirən əhəmiyyətli bir platformadır.
Bunu Trend-ə Xorvatiya Respublikasının sabiq Prezidenti İvo Yosipoviç deyib.
Sabiq prezident qeyd edib ki, Azərbaycan bu foruma ev sahibliyi etməklə dünyada sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verir:
“Dünyanın təcrübəli insanları bir araya gəlir və mövcud problemlərlə bağlı səmərəli fikir mübadiləsi aparır, problemlərin həlli yollarını göstərirlər. Ümid edirəm ki, bu forum bundan sonra da öz işini uğurla davam etdirəcək”.
İ.Yosipoviç bu cür tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha artırır: “Artıq Bakı mühüm məsələlərin müzakirə olunduğu bir məkana çevrilib”.



Baxış sayı: 393


Bölməyə aid digər xəbərlər