10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib
Tarix: 10-03-2018 22:39 | Bölmə: Manşet
Əli Həsənov: “Heç kim Azərbaycan dövlətini aşağılaya, dövlətimizi milli prinsiplərdən, ideyalardan çəkindirə bilməz”
Bu gün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrının binasında Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib. Qurultayı giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açıq elan edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən, dünyasını dəyişən jurnalistlərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsinə sayğı duruşundan sonra Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin təbrik məktubunu qurultay iştirakçılarının diqqətinə çatdırıb.
Prezidentin Azərbaycan jurnalistlərinin VII qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir: “Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geniş imkanlar açılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik bazası formalaşdırılıb, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, mətbuat - hakimiyyət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub.
Azərbaycanda demokratikləşmə prosesinin təzahürü olaraq 2003-cü ildə jurnalistlərin I qurultayında mətbuatın özünü tənzimlənmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının yaradılması media ilə dövlət və cəmiyyət arasında münasibətlərdə keçid dövrünün başa çatması və yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Ötən 15 ildə Mətbuat Şurası ölkədə söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi və müstəqilliyinin gücləndirilməsi ilə bağlı səmərəli təklifləri ilə çıxış edib. Mətbuat Şurası dövlət orqanları və vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, peşəkarlığının artırılması, mediada neqativ halların aradan qaldırılması sahəsində ciddi səylər göstərib. Bu gün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə seçilən Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutub və cəmiyyətdə böyük nüfuz qazanıb. Jurnalistlərin mütləq əksəriyyətinin Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirilməsi bunun əyani sübutudur. Hazırda güclü iqtisadi və maliyyə potensialına malik Azərbaycanda hər bir sahənin, o cümlədən də kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir. Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir. Düşünürəm qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipial olmalı, yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir. İnanıram ki, VII qurultay Azərbaycan mətbuatının hazırkı vəziyyəti və perspektivi ilə bağlı səmərəli müzakirələrin keçirildiyi mühüm platformaya çevriləcək və milli jurnalistikamızın gələcək inkişafına dair əhəmiyyətli qərarlar qəbul edəcək. Bu yolda hər birinizə, bütün Azərbaycan jurnalistlərinə möhkəm can sağlığı və qurultayın işinə uğurlar arzulayıram”.
“Azərbaycan dövlətini heç kim məğlub edə bilməz”
Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz çıxışında Azərbaycan dövlətini heç kimin və heç zaman məğlub edə bilməyəcəyini bildirib: “Heç kim Azərbaycan dövlətini aşağılaya, dövlətimizi milli prinsiplərdən, ideyalardan çəkindirə bilməz. Biz Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevlə, dövlətimizin təhlükəsizliyini təmin edən milli ordumuzla, Azərbaycanın jurnalistləri ilə güclüyük”.
“Azərbaycan mediasına dövlət qayğısı var”
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat çıxışı zamanı deyib ki, son 15 ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin sayı 12 mini ötüb: “Şikayətlərin təxminən 70 faizində haqlı tərəf jurnalistlər olub”.
O bildirib ki, cəmiyyət və dövlətin Mətbuat Şuralarına etimadı dünyada qəbul edilən formuldur: “Məhz buna görə bəziləri bizi tənqid edir. Mətbuat Şurasını tənqid edənlər bizi daha çox dövlət məmurlarını müdafiə etməkdə, jurnalistlərə qarşı cəbhə açmaqda ittiham edirlər. Bu, yalandır”.
Əflatun Amaşov Şura yaranmazdan əvvəl məhkəmələrdə jurnalistlərlə bağlı saysız - hesabsız işlərin olduğunu diqqətə çatdırıb: “Son 15 ildə bu problemlər həll olundu. Azərbaycan mediasına dövlət qayğısı mövcuddur. Düşünürəm ki, internet mediaya da dövlət dəstəyi göstərilməlidir. Azərbaycan mediası iqtisadi baxımdan xeyli inkişaf yolu keçib, redaksiyaların maddi - texniki bazası möhkəmlənib. Növbəti dövrdə medianın reklam bazarının genişləndirilməsi hədəf olmalıdır. Bundan başqa, idxal olunan qəzet kağızı və hazır çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) dövlət büdcəsinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Buna görə də düşünürəm ki, qəzet kağızı və qəzet məhsullarının üzərindən ƏDV götürülməlidir”.
Mətbuat Şurasının sədri qeyd edib ki, həbsxanada olan jurnalistlərin cəzalarının çəkilməmiş hissələrindən azad edilməsi üçün ölkə başçısına müraciət olunmalıdır.
"Jurnalistikamız dövlətimizə qarşı çıxanlarla mübarizə aparmalıdır"
Bakı Dövlət Universitetinin (BDU) professor Cahangir Məmmədli öz çıxışında deyib ki, Azərbaycan jurnalistləri dövlətimizə və onun simvollarına qarşı çıxanlarla mübarizə aparmalıdır.
O bildirib ki, xarici ölkələrdə müəyyən dairələrin sifarişlərini yerinə yetirərək Azərbaycana qara yaxanlara qarşı Azərbaycan jurnalistlərinin vətəndaşlıq mövqeyi göstərərək cavab verməsi vacibdir: “Bəzi xarici ölkələrdə müəyyən insanlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur. Buradan onlara üzümü tutub deyirəm ki, yenə də kimlərinsə diktəsi ilə hərəkət etsələr, sonda yenə Azərbaycana qayıdacaqlar. Mən Azərbaycanın vicdanlı jurnalistlərini belə insanlara qarşı mübarizə aparmağa çağırıram”.
BDU-nun professoru reket jurnalistlərə qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb: “Təsəvvür edin cəbhə bölgəsində, raket zərbələrinin, pulemyot gülləsinin altında fəaliyyət göstərən məktəblərin direktorlarından pul tələb edən reket jurnalistlər var. Bu, hansı vicdana, hansı əxlaqa sığır?! Belə hallara son qoymaq lazımdır. Reket jurnalistlərə qarşı mübarizə qanun çərçivəsində gücləndirilməlidir”.
“Xaricdən pul almaq olar, dövlətdən yox?”
“Necə olur ki, xaricdən pul alanda media müstəqilliyinə xələl gəlmir, amma dövlət öz vətəndaşına yardım göstərəndə media müstəqilliyi pozulur?”
Bunu Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının İdarə heyətinin üzvü Azər Həsrət deyib.
“Guya dövlətdən yardım almaq medianın müstəqilliyinə xələl gətirə bilər. Ancaq bunu deyən adamların özləri xarici dövlətlərdən külli miqdarda - yüz minlərlə, milyonlarla dollar alırlar”, - deyə Azər Həsrət bildirib.
O deyib ki, həmin insanlar xarici ölkələrdən aldıqları yardımların qarşılığında Azərbaycan dövlətini tənqid etməklə məşğuldurlar: “Ölkədə xaos yaratmağa çalışırlar. Xarici dövlətdən maliyyə yardımı almaq medianın müstəqilliyinə xələl gətirmir, amma bir insanın, bir vətəndaşın, jurnalistin öz dövlətindən aldığı dəstək medianın müstəqilliyinə xələl gətirir?! Burada məntiq yoxdur, sadəcə olaraq, o adamların məqsədi Azərbaycan mətbuatını və Azərbaycan dövlətinin media siyasətini gözdən salmaqdır. Biz diqqətli olmalı və çalışmalıyıq ki, cəmiyyəti çaşdırmaq, ajiotaj yaratmaq, manipulyasiya etmək istəyən insanların qarşısını birlikdə alaq”.
Həsrət qeyd edib ki, Azərbaycan dövlətinin mediaya verdiyi dəstəyin məqsədi medianın müstəqilliyini əngəlləmək deyil: “Dövlət dəstəyi sadəcə medianın daha müstəqil, daha möhkəm dayaqlar üstündə dayana bilməsi üçün edilir”.
"Onlayn media informasiya təhlükəsizliyində xüsusi rol oynayır"
“Bu gün cəmiyyətdə ictimai rəyin formalaşmasında onlayn medianın xüsusi rolu var”.
Bunu Azərbaycan jurnalistlərinin VII qurultayında “APA Holding”in prezidenti Vüsalə Mahirqızı deyib.
O bildirib ki, dünyada baş verən qlobal iqtisadi böhran nəticəsində reklam bazarında ciddi eniş hiss olunur: “Onlayn media yalnız gördüyünüz saytlardan ibarət deyil. Bunun ciddi alt infrastrukturu olmalıdır. Çünki onlayn media birmənalı olaraq ölkənin informasiya təhlükəsizliyi, həm də milli təhlükəsizlik məsələsində xüsusi rol oynayır. Biz onlayn media nümayəndələri Azərbaycanın həm də virtual sərhədlərini qoruyuruq. İndi artıq ölkələr həm real, həm də virtual cəmiyyətlərdən ibarətdir. Virtual cəmiyyətin əsgərləri, qoruyucuları bizik. Buna görə də onlayn medianın infrastrukturunun, texniki dəstəyimizin çox güclü olmasına ehtiyac var. Bu isə çox böyük vəsait tələb edir. Ona görə də Azərbaycan prezidentinin İctimai-siyasi məsələlərlə üzrə köməkçisi hörmətli Əli Həsənovun burda olmasından istifadə edərək, Mətbuat Şurasının sədri Əflatun Amaşovun onlayn mediaya dövlət dəstəyinin verilməsini təklifi dəstəkləyirəm. Onlayn medianın ciddi dövlət dəstəyinə ehtiyacı var. Azərbaycan dövlətinin müstəqil mediaya dəstək göstərmək kimi bir borcu və öhdəliyi yoxdur. Əlbəttə, bu bizim xahişimizdir”.
O qeyd edib ki, gələcəkdə yerli onlayn media orqanlarının serverlərinin ölkə daxilində yerləşməsinə dəstək verilməsi yaxşı olardı.
Vüsalə Mahirqızı, həmçinin, MŞ sədri Əflatun Amaşovun məruzəsində həbsdə olan və jurnalistika sahəsində fəaliyyət göstərmiş şəxslərin bu il gözlənilən əfv siyahısında olması üçün müraciət edilməsi ilə bağlı təklifini sə dəstəkləyib.
“APA Holding”in prezidenti mediada vahid kart məsələsinə də toxunub: “Hesab edirəm ki, Mətbuat Şurası bu məsələni ciddi şəkildə qoymalı, ciddi attestasiya şəklində bu iş həyata keçirilməlidir. Təbii ki, hər bir üzvə kartın verilməsi doğru olmaz. Bəzi ölkələrdə bu kartlar hər redaksiyadan müəyyən şəxslərə verilir. Bu məsələ mütləq həllini tapmalıdır. Mətbuat Şurasının verdiyi “sarı kartlar” yüksək akkreditasiya kartları hesab olunmalıdır”.
Vüsalə Mahirqızı Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi Mətbuat Şurasına verilən qiymətə görə qurultay iştirakçılarına təşəkkür edib.
"Reket jurnalistlərə qarşı mübarizə daha da sərtləşdirilməlidir"
"Reket jurnalistlərə qarşı mübarizə daha da sərtləşdirilməlidir. Mətbuat Şurasının reket jurnalistika ilə mübarizə məqsədilə vahid kart məsələsini tətbiq etməsi effektiv olardı".
Bunu Azərbaycan jurnalistlərinin VII qurultayında "Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı deyib.
O bildirib ki, bundan əvvəl isə qanunvericilik bazası təkmilləşdirilməlidir: "Fikrimcə, qanunvericilik bazasının daha da sərtləşdirilməsinə ehtiyac var. Mən dəfələrlə bu məsələni qaldırmışam ki, Azərbaycanda domen alıb media yaratmaq çox asandır. İstənilən şəxs evində otura-otura, bir domeni qeydiyyatdan keçirib, media yarada bilər. Belə hallar ənənəvi medianı gözdən salmaqla bərabər, peşəkar jurnalistlərin əməyinə də kölgə salır.
Onlayn medianın qeydiyyat məsələsindən də danışmaq istəyirəm. Fikrimcə, onlayn medianın qeydiyyat məsələsi də sərtləşdirilməlidir.
Bu gün telekanal açmaq üçün üçün tələblər kifayət qədər sərtdir. Hesab edirəm ki, bu sərt tələblər onlayn media üçün də tətbiq edilməlidir. Belə olan halda reket jurnalistikaya qarşı daha səmərəli mübarizə aparmaq mümkün olardı”.
Əflatun Amaşov yenidən sədr seçilib, İdarə Heyəti formalaşıb
Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib.
Bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib.
Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.
Şuranın 11 jurnalistdən (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsindən (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) və 5 internet informasiya resursu təmsilçisindən (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) ibarət İdarə Heyəti formalaşıb.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb.
"Azərbaycan dövlətinə qarşı çirkab yağdırırlar"
“Kimlərinsə öz ailəsinə rəva görmədiyini cəmiyyətə yayması yolverilməzdir. Siz jurnalistlər bunları yayanlara qarşı cəbhə açmalısınız”.
Bunu Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Əli Həsənov qeyd edib ki, Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələri Azərbaycanda uğurla inkişaf etdirilir: “Bu gün burada səsvermə keçirildi, özünüz hər şeyi gördünüz. Kimin nə deməsindən asılı olmayaraq, bu gün Azərbaycan mediasından kənara atılmış müəyyən nümayəndələr bu qurultay haqqında da, burada seçiləcək yeni heyət haqqında da, sizin jurnalist fəaliyyətiniz haqqında da mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki, cəmiyyət var, insanlıq var, həyat var, opponentlər də olacaq. Sadəcə olaraq onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, siz öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın”.
Əli Həsənov bildirib ki, ölkədən qaçan bəzi şəxslər bu gün Azərbaycanın simvollarını təhqir edirlər: “Həmin şəxslər xaricdə olduqları ölkənin pasportlarını alaraq, Azərbaycana qarşı təlimatlandırırlar. Xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı çirkab yağdırırlar.
Azərbaycan mətbuatında isə bir susqunluq var. Buna jurnalistlər xüsusi diqqət etməlidir. Mətbuat milli dəyərlərimizi, milli simvollarımızı müdafiə etməlidir. Azərbaycanı təhqir edən insanlardan valideynləri də imtina ediblər. Həmin adamlar “Facebook”un imkanlarından istifadə edərək, Azərbaycana qarşı irinli çirkab yağdırırlar. Həmin adamlara qarşı müqaviməti ilk olaraq media göstərməlidir”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühiti yaranıb: “Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunun nəyi pisdir? Nəyə görə öz dövlətinin milli sərvətindən pay almaq qəbahət hesab olunmalıdır? Buna qarşı opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma sizi yönəltmək üçün və antiazərbaycan fəaliyyəti, sizin dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri ilə Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal hal hesab olunmalıdır? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər".
Mətbuat Şurasının reket nəşrlərlə bağlı “qara siyahı” hazırladığını xatırladan Ə. Həsənov reket nəşrlərdə çalışanları doğru yola dəvət edib: “Olan və olmayan kompromatları toplayıb insanları şantaj etmək yaxşı hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram. Mətbuat Şurası qəbul etdiyi etik normaları müdafiə etməlidir. Hesab edirəm ki, "Mətbuat Şurası haqqında" qanun qəbul edilməsinin zamanı çatıb".
Əli Həsənov onu da deyib ki, Mətbuat Şurasının “qara siyahı”sında olan media orqanlarının əməkdaşlarının adları mənzil alan şəxslərin siyahısına da daxil edilməyəcək.
Prezidentin köməkçisi partiyaların dövlətdən dəstək almasına etiraz edilməsinin də düzgün olmadığını qeyd edib: "Təminatı olan siyasi partiyaların parlamentdə təmsil olunaraq, dövlətdən dəstək alan partiyaları ittiham etməyə haqları yoxdur. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyalarına ki, Azərbaycanın qanunları çərçivəsində bu gün parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar. Bunun nəyi pisdir? Amma o partiyalar ki, maliyyə mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız".
Qeyd edək ki, qurultayın sonunda qətnamə qəbul olunub. Qurultayın qətnaməsini iştirakçılara “Xalq cəbhəsi” qəzetinin Baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli çatdırıb.
BayMedia informasiya Agentliyi
Baxış sayı: 516
Bölməyə aid digər xəbərlər

8-10-2026, 22:43
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
7-10-2026, 21:04
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
6-10-2026, 20:18
Rəşid dünya üçüncüsü oldu
6-10-2026, 19:15
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
5-10-2026, 18:22
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
5-10-2026, 15:06
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
1-10-2026, 23:54
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
1-10-2026, 19:25
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
1-10-2026, 19:09
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
1-10-2026, 18:25
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
30-09-2026, 20:35
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
29-09-2026, 17:46
Lukaşenko: "Çoxvektorlu siyasət Belarusu Rusiyadan uzaqlaşdırmır"
28-09-2026, 21:41
Rusiyanın Serbiyadakı səfiri: "Vuçiç milli lider statusu qazanıb"
28-09-2026, 20:59
Səfir Botsan-Xarçenko: "Rusiya ilə münasibətlər Serbiyanın iqtisadiyyatına təsir edib"
28-09-2026, 17:55
Peskov Putinin Ukrayna təklifləri ilə bağlı mövqeyini tam adlandırdı
27-09-2026, 21:19
Zaxarova: "Almaniya xarici işlər naziri Merzin reytinqini xilas etmək üçün Lavrovla görüşdü"
23-09-2026, 21:19
MAQATE-nin Baş Direktoru Kiyevdən gələn təhlükəsizlik təhdidlərinə görə Zaporojye Atom Elektrik Stansiyasına səfərini təxirə saldı
23-09-2026, 21:05
Lavrov: "ABŞ Ukraynadakı münaqişənin həllinə sadiqliyini təsdiqləyir"
23-09-2026, 19:28
Lavrov və Rubio BMT Baş Assambleyasının iclası çərçivəsində görüşdülər; danışıqlar təxminən bir saat davam etdi
22-09-2026, 17:49
Rubio: "Tramp BMT Baş Assambleyasının kənarında İran Prezidenti ilə görüşməyə hazırdır"
22-09-2026, 17:19
Netanyahu Nyu-York meri Zöhran Mamdanini yəhudilərə qarşı etirazları qızışdırmaqda günahlandırır
22-09-2026, 17:16
Tramp Zelenski ilə enerji obyektlərinə hücumların dayandırılmasını müzakirə edəcək
21-09-2026, 19:17
Belarusun Qərb üçün gübrəsi qalmayıb
21-09-2026, 19:14
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
20-09-2026, 18:54
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
20-09-2026, 17:32
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
18-09-2026, 00:17
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
16-09-2026, 21:06
BMT Baş katibi Ukraynada dərhal atəşkəs elan etməyə çağırdı
16-09-2026, 21:03
Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə heç vaxt müzakirə etmədiyini bildirib
16-09-2026, 19:14
Putin: "Seçkilərdə iştirak Rusiyanı zəiflətmək istəyənlərə ortaq bir cavab olacaq"
15-09-2026, 18:00
Lavrov ABŞ-la İran və Ukrayna ilə bağlı ticarət əlaqələri barədə xəbərləri təkzib etdi
14-09-2026, 18:00
Kallas: "Ukrayna sərhədində qatara edilən hücum Qərb ölkələrini qorxutmaq məqsədi daşıyır"
13-09-2026, 16:33
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
7-09-2026, 20:54
Konqres üzvü Luna Ukraynadakı sülhü ABŞ üçün faydalı adlandırdı
7-09-2026, 16:46
Peskov Vitkoff və Kuşnerin səfərini sülhə doğru addım adlandırdı
6-09-2026, 20:16
Vitkov və Kuşner Kiyevdə Zelenski ilə danışıqlara başladılar
6-09-2026, 18:46
Zelenskinin müşaviri Ukraynadakı münaqişəyə son qoyulmasına çağırır
6-09-2026, 18:34
Zaxarova dron hadisəsi ilə bağlı: "Almaniya doğru anı gözləyirdi"