Bütün xəbərlər
Nazir iki direktoru işdən çıxardı
Tarix: 06-09-2019 18:42 | Bölmə: Karusel

                      Nazir iki direktoru işdən çıxardı


Kənd Təsərrüfatı naziri İnam Kərimov iki rayonun Aqrar İnkişaf Mərkəzinin direktorunu işdən çıxarıb.
Bu barədə “Qafqazinfo”ya nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.
O qeyd edib ki, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov və Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov nazirin əmriylə işdən azad edilib:
“Hər iki şəxsin işdən azad edilməsinin səbəbi nazirliyin fəallyyət prinsiplərinə zidd hərəkət etmələridir.  Nazirliyin əsas fəaliyyət prinsipi işdə fermerlerə yaxınlıqdır. Bu prinsip qeyd edilən şəxslər tərəfindən kobud sürətdə pozulub. Onların yerinə isə hələ ki, təyinat yoxdur”.



Baxış sayı: 421


Bölməyə aid digər xəbərlər