18:50 / 15-11-2026
Zəlzələ baş verib
Bütün xəbərlər
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
Tarix: 15-11-2026 19:20 | Bölmə: Karusel

Rusiyanın Vyanadakı Beynəlxalq Təşkilatlardakı Daimi Nümayəndəsi Mixail Ulyanov, ABŞ və ya digər dövlətlər nüvə sınaqlarını bərpa edərsə, Moskvanın müvafiq cavab tədbirləri görəcəyini bildirdi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu "Kommersant" qəzetinə verdiyi müsahibədə bildirib.
Diplomat qeyd edib ki, nüvə sınaqlarına qayıtmaq ehtimalını tamamilə istisna etmək həddindən artıq optimist olardı.Lakin o, əlavə edib ki, nüvə güclərinin məsuliyyətli yanaşması ilə belə bir ssenarinin qarşısını almaq olar.Ulyanov ölkələrin nüvə sınaqlarına könüllü milli moratoriumlara ciddi şəkildə riayət etməsinin vacibliyini vurğulayıb.
"Rusiyanın mövqeyi məhz budur, lakin Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, ABŞ və ya digər ölkələr nüvə sınaqları keçirərsə, ölkəmizdən də müvafiq cavab tədbirləri görmək tələb olunacaq".
ULYANOV BƏYAN EDİB.
Bundan əlavə, Ulyanov vurğulayıb ki, ABŞ-ın Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyinə dair dəlilləri yoxdur və ola da bilməz.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio və Çinin xarici işlər naziri Vanq Yinin Rusiyanın iştirakı ilə yüksək səviyyəli danışıqların qlobal sülh və nüvə silahı ehtiyatlarının azaldılması üçün zəruri olduğu qənaətinə gəldikləri bildirilmişdi.




Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
Bu gün, 18:50 Zəlzələ baş verib