18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
Bütün xəbərlər
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
Tarix: 16-11-2026 18:28 | Bölmə: Karusel

Avropa İttifaqı YuMoney ödəniş xidmətinə, eləcə də 40-dan çox Rusiya bankına sanksiya tətbiq edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq sənəd birliyin rəsmi jurnalında dərc edilib.
Sanksiyalar 47 maliyyə qurumunu və iki bank olmayan kredit təşkilatını hədəf alır:YuMoney və Peterburq Hesablaşma Mərkəzi.Hədəfdə olan banklar arasında Alef Bank, Agropromcredit, Bank 131, Guta Bank, Kamkombank və Beynəlxalq Maliyyə Klubu var.
Bundan əlavə, Avropa sanksiyaları Moskva və Omsk neft emalı zavodlarına, eləcə də Qazprom Neftexim Salavat və TAIF-NK-yə təsir edib.
Ümumilikdə, 12 şəxsə və 101 təşkilata qarşı sanksiyalar tətbiq edilib.
Daha əvvəl Aİ-nin Wildberries şirkətinin təsisçisi və RWB-nin baş direktoru Tatyana Kimə məhdudiyyətlər tətbiq etdiyi bildirilmişdi.



Baxış sayı: 19


Bölməyə aid digər xəbərlər
Dünən, 18:50 Zəlzələ baş verib