Bütün xəbərlər
Vitkoff Rusiya ilə Ukrayna arasında qarşıdan gələn məhbus mübadiləsini irəliləyiş adlandırdı
Tarix: 12-11-2026 18:08 | Bölmə: Karusel

 "Rusiya ilə Ukrayna arasında qarşıdan gələn genişmiqyaslı məhbus mübadiləsi münaqişənin həllində irəliləyişin olduğunu göstərir". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff bunu Kremldə Rusiya lideri Vladimir Putinlə görüşdə bildirib.
Bu, iki ölkə arasında aparılan ən böyük mübadilələrdən biridir. Hesab edirəm ki, bu, bu münaqişənin həllində irəliləyiş əldə etdiyimizin göstəricisidir.
VİTKOFF QEYD EDİB.
Daha əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda genişmiqyaslı məhbus mübadiləsi barədə razılığa gəlindiyini açıqlamışdı.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının informasiya rəisinin birinci müavini Aleksandr Zorin "Vesti" xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, Rusiya və Ukrayna arasında mübadilə ediləcək əsirlərin sayı hər iki tərəfdə min nəfəri keçəcək.



Baxış sayı: 10


Bölməyə aid digər xəbərlər