Bütün xəbərlər
Nebenzya Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyevin vəfatı ilə bağlı başsağlığı verib
Tarix: 11-11-2026 21:51 | Bölmə: Karusel


Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyevin vəfatı ilə bağlı başsağlığı verib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti ilə söhbətində diplomat onun ölüm xəbərini gözlənilməz və faciəvi adlandırıb.
"Kədərli, faciəli və gözlənilməz xəbər.Bizim və xarici nümayəndəliklərimizin yaxşı, dost münasibətləri var idi. Aleksandr Nikitiç əla, ağıllı diplomat və çox xoş, ağıllı insan idi. Yas tuturam".
NEBEZYA DEYİB.
Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev 11 noyabrda 66 yaşında vəfat etdi.
Darçiyev 2025-ci ilin mart ayında Rusiyanın ABŞ-dakı səfiri təyin edilib.O, əvvəllər Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin rəhbəri vəzifəsində çalışıb.




Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər