Bütün xəbərlər
Göygöldə iki erməni saxlanıldı
Tarix: 06-09-2019 01:44 | Bölmə: Karusel
                                          

"Göygöl rayonunun Çaykənd kəndində iki erməni saxlanılıb".
Modern.az xəbər verir ki, bununla bağlı xəbəri “gununsesi.org” saytı yayıb. Saytın verdiyi məlumata görə, Rusiya vətəndaşı olan erməni ər və arvad kənddə foto çəkərkən diqqəti cəlb edib.
Saxlanılan zaman məlum olub ki, milliyyətcə erməni olan bu şəxslər Rusiya pasportu daşıyır.
Onlar turist kimi Gəncədə qalırmış. Hazırda onlar Göygöl rayonuna gətirilib.
Qeyd edək ki, Çaykənd kəndi düşmənlə təmas xəttindədir.



Baxış sayı: 479


Bölməyə aid digər xəbərlər