Bütün xəbərlər
Bakıda adam oğurluğu maddəsi ilə axtarışda olan şəxs başqa cinayətdə yaxalanıb
Tarix: 05-09-2019 23:21 | Bölmə: Karusel

Bakıda adam oğurluğu ilə axtarışda olan şəxs başqa cinayətdə yaxalanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 ABŞ dolları, 15000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.



Baxış sayı: 354


Bölməyə aid digər xəbərlər