Bütün xəbərlər
Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
Tarix: 05-09-2019 15:14 | Bölmə: Karusel

                        

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin sentyabr ayının 20-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Naftalan şəhər Heydər Əliyev Mərkəzində (Naftalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 1) Naftalan şəhəri və Samux rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.
Trend-in məlumatına görə, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Gəncə şəhər Heydər Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 535) Gəncə şəhəri və Kəlbəcər rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Goranboy rayon Heydər Əliyev Mərkəzində (Goranboy rayonu, Dədə Qorqud küçəsi, 27) Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur:
Sıra
№-si
Şəhər (rayon)Əlaqələndirici
şəxs
Əlaqə
telefonu
1Gəncə şəhəriBəxtiyar Muradov050-534-33-61
022-266-29-51
2Naftalan şəhəriZöhrab Adıgözəlov055-330-29-23
022-352-30-56
3Samux rayonuSüleyman Əliyev050-687-58-43
022-275-11-39
4Goranboy rayonuGündüz Hacıyev050-364-94-26
022-245-31-26
5Kəlbəcər rayonuHacı Əmrahov050-441-84-82
022-261-50-19
6Xocalı rayonuRuslan Bəşirov050-584-07-09
022-247-47-31




Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər