Bütün xəbərlər
Baş epidemioloq xəstəxanalardakı infeksiyalardan danışıdı
Tarix: 21-02-2018 11:24 | Bölmə: Karusel

              

"Xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilmiş mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən respublikamızda səhiyyənin aktual problemlərindən biri olaraq qalmaqdadır".
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Baş epidemioloqu, professor İbadulla Ağayev Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyasının “AZDAS-2018” konfransında çıxışı zamanı deyib. O əlavə edib ki, Azərbaycan xəstəxanadaxili infeksiyaları ləğv etməyə çalışır.
İ.Ağayev qeyd edib ki, Azərbaycanda xəstəxanadaxili infeksiyalara qarşı aparılan profilaktik və əksepidemik tədbirlərin bu sahə üzrə dünya praktikasında tətbiq edilən sanitar qayda və normativlərə, o cümlədən, müasir standartlara uyğun təkmilləşdirilməsi ölkə səhiyyəsi qarşısında duran mühüm vəzifələrdən biri hesab edilir: "Əsas odur ki, həmin infeksiyalar epidemioloji həddi aşmayıb. Bu gün ölkədə ən böyük xəstəxanalarda belə xəstəxanadaxili infeksiyalardan ölüm faktı qeydə alınmayıb. Əgər belə hadisə baş versə, Azərbaycan səhiyyəsi bununla mübarizə aparmaq iqtidarındadır. Xəstəxanalarda hər gün dezinfeksiya işləri aparılır".
Baş epidemioloqun sözlərinə görə, Azərbaycanda xəstəxanalarda olan tibbi avadanlıqlar dünyanın inkişaf etmiş ölkələri ilə eyni səviyyədədir.



Baxış sayı: 383


Bölməyə aid digər xəbərlər