Bütün xəbərlər
Azərbaycanda məktəbəqədər təhsillə bağlı yeni tələb müəyyənləşib
Tarix: 04-09-2019 19:09 | Bölmə: Karusel

                 Azərbaycanda məktəbəqədər təhsillə bağlı yeni tələb müəyyənləşib


Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin tədris vəsaitləri 6 yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa uyğun olacaq.
APA-nın məlumatına görə, bununla bağlı “Məktəbəqədər təhsil haqqında” qanuna dəyişiklik təklif edilir. 
Qanuna yeni 17.3-cü bənd əlavə edilir. Yeni bəndə əsasən, məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı 6 yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatına uyğun olmalıdır.
“Məktəbəqədər təhsil haqqında” qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 17-də keçiriləcək iclasında müzakirə ediləcək.
 



Baxış sayı: 368


Bölməyə aid digər xəbərlər