22:37 / 16-04-2026
105 yaşında vəfat edib
Bütün xəbərlər
Salyanda yaşlı kişinin küçədən tapdığı əşya əlində partlayıb
Tarix: 01-09-2019 11:58 | Bölmə: Karusel

                                   

Salyanda bədbəxt hadisə baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan şəhəri Qulu Əsgərov küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1939-cu il təvəllüdlü Abbasov Aləddin Qasım oğlu küçədən tapdığı əşyanı yoxlayarkən anidən partlayıb. Nəticədə sol əli ciddi xəsarət alıb.
Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda cərrahiyyə şöbəsinə qəbul edilən A.Abbasov əməliyyat olunur. Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər