Bütün xəbərlər
Müəllimlərin maaşları artdı - Sərəncam qüvvəyə mindi
Tarix: 01-09-2019 11:25 | Bölmə: Karusel
                            

Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyunun 18-də imzaladığı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" və "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncamları qüvvəyə minib.
Modern.az xəbər verir ki, sentyabrın 1-dən qüvvəyə minən həmin sərəncamlara əsasən, orta məktəblərdə və peşə məktəblərində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. 



Baxış sayı: 362


Bölməyə aid digər xəbərlər