Bütün xəbərlər
Azərbaycanda prezident seçkilərini izləyəcək MDB müşahidə missiyasının rəhbəri təyin edildi - KİM?
Tarix: 20-02-2018 16:45 | Bölmə: Karusel

             

Müstəqil Dövlətlər Birliyi (MDB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbərini təyin edib.
Trend-in məlumatına görə, MDB ölkələri Daimi Nümayəndəlikləri Şurasının bu gün Minskdə keçirilən iclasında vəzifəyə MDB-nin icraçı katibi Sergey Lebedev təyin edilib.
Qeyd edək ki, MDB-nin uzunmüddətli müşahidə missiyası mart 20-də Azərbaycana gələcək.
Qısamüddətli müşahidə missiyasının isə seçkilərə bir neçə gün qalmış Azərbaycana gəlməsi planlaşdırılır.
Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.



Baxış sayı: 414


Bölməyə aid digər xəbərlər